23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Minifutbol

"Sumqayıt" "Kontakt Home" ilə yeni müqavilə imzaladı

"Sumqayıt" klubu ölkənin ən böyük riteyl şəbəkələrindən olan "Kontakt Home" ilə əməkdaşlıq müqaviləsini daha bir il müddətinə uzadıb.

Futbolxeber.az klubun saytına istinadən verdiyi məlumata görə, müqaviləyə uyğun olaraq, şəbəkə yaxın bir ildə "Sumqayıt" FK-nı elektronika məhsulları ilə təmin edəcək.

Müvafiq olaraq, "Kontakt Home" komandanın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”da özünün reklam materiallarını yerləşdirəcək. Eyni zamanda, iki qurum əməkdaşlıq müddətində birlikdə ortaq ictimai aksiyalar da həyata keçirəcək.

Qeyd edək ki, 2018-ci ildən etibarən "Sumqayıt" FK-nın partnyorları sırasında yer alan "Kontakt Home" 2006-cı ildən etibarən Azərbaycanın elektronika bazarında fəaliyyət göstərir. Şəbəkə 30-dan çox dünya brendinin ölkəmizdəki rəsmi distribütorudur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30