16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Minifutbol

"Neftçi"dən şəhid və qazi azarkeşlərinə dərin ehtiram

“Neftçi”nin rəhbərliyi, komandanın baş məşqçisi, kapitanı və azarkeşlər Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibədə həlak olmuş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, kollektiv İkinci Fəxri Xiyabanı ziyarət edərək, məzarlar önünə klub adından əklil qoyub.

Ardından “Neftçi” azarkeşlərindən şəhid olmuş mayor Rüfət Əsgərov, baş leytenant Teymur Məcidzadə və əsgər Afiq Qulamlının ailəsinə baş çəkilib, qazi Rafiq Əliyev və Cahid Şükürlü ziyarət edilib. Şəhidlərimizin ailəsinə başsağlığı verib, səbr diləyən klub rəsmiləri onların və qazilərin problem və qayğıları ilə də maraqlanıb. Bildirilib ki, “Neftçi” klubu daim onların yanında olacaq, klub tərəfindən onlara hər cür dəstək göstəriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30