Minifutbol
İlham Əliyev: "Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, 10 qatını alacaqlar"
"O ki qaldı, bu gün Ermənistan tərəfindən növbəti bir uydurmanın ortalığa atılmasına, mən ona da aydınlıq gətirmək istəyirəm. İndi belə bir rəqəm səsləndirirlər ki, guya, Dağlıq Qarabağdan 90 min erməni qaçıb, qaçqın olub. Yalandır".
Bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində deyib.
Ölkə başçısı qeyd edib ki, Dağlıq Qarabağ ərazisində və işğal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşayıb:
" Biz bunu haradan öyrənmişik? Bizdə operativ məlumat var. Bizim o bölgədə bir çox informasiya mənbələrimiz var və bizim uğurlarımızın səbəblərindən biri də məhz bundadır. Biz tam dəqiqliklə bilirdik və bilirik indi orada nə baş verir, onların xunta başçısı harada gizlənir. Yəqin o da bilir ki, biz bilirdik. Ona görə burnunu çıxara bilmirdi küçəyə, bunkerdə otururdu. Bizim məlumatımız var, mənbələrimiz var, peyk görüntüləri var. Ona görə mən tam əminliklə deyirəm ki, Dağlıq Qarabağda, o cümlədən işğal edilmiş torpaqlarda maksimum 65 min insan yaşayıb. Yaxşı, belə olan halda 90 min qaçqın haradan gəldi? Yenə saxtakarlıq, yenə yalan. İndi yenə məliyə-məliyə, sürünə-sürənə onun-bunun ətəyindən yapışacaq ki, mənə kömək edin. “Mənə kömək edin” onların ideologiyasının əsas prinsipidir. Bu ideologiya ilə hansı xalq inkişaf edə bilər? Ancaq kimdənsə, nə isə gözləmək, ummaq və ondan sonra küsmək, incimək, tələb irəli sürmək kimə xeyir gətirib bu günə qədər?"
Prezident əlavə edib ki, biz qaçqınların sayı ilə bağlı bu yalanları ifşa edəcəyik və əgər bu qaçqınlar olubsa, o, bizim günahımız deyil:
"Çünki biz mülki əhaliyə qarşı vuruşmamışıq. Onlar mülki əhaliyə qarşı vuruşublar. Bizim mülki vətəndaşlar arasında 94 şəhidimiz var, 400-dən çox yaralı mülki şəxs var, 3000-dən çox evimiz dağıdılıb. Onlarda mülki şəxslər arasında itkilər qat-qat aşağıdır. Amma onlar bizim mülki əhalini məqsədyönlü şəkildə vururdular. Gəncəni ballistik raketlərlə vurmuşdular. Kasetli bombalarla Bərdəni vurmuşdular, fosforlu bombalarla. Bu, hərbi cinayətdir. Tərtər şəhəri demək olar ki, dağıdılıb. Ən çox mərmi düşən Tərtər idi. Hər səhər mənə məlumat verilirdi nə qədər mərmi düşür. Gün var idi ki, bir şəhərə, özü də balaca şəhərə iki min mərmi düşürdü. Bu, erməni vəhşiliyi deyilmi? Xocalı soyqırımının təkrarı deyilmi? Görün biz kimlərlə üz-üzə idik və biz kimi məğlub etmişik? Yenə də deyirəm, bu, təkcə ərazi bütövlüyümüzün bərpası deyil, erməni faşizminin belinin qırılmasıdır. Biz bölgəni erməni faşizmindən xilas etdik, dünyanı erməni faşizmindən xilas etdik. Amma baş qaldıra bilər. Ancaq biz imkan verməyəcəyik. Hər kəs bunu bilsin. Özümüzü müdafiə etmək üçün istənilən addımı atacağıq. Öz vətəndaşlarımızı müdafiə etmək üçün istənilən addımı atacağıq və heç kim bizi saxlaya bilməz. Bu 44 gün ərzində bütün dünya gördü. Heç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz. Bizə müharibənin ilk günlərində şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. Gördülər, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən də o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə. Ona görə əgər erməni faşizmi bir də baş qaldırsa, əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, 10 qatını alacaqlar, 10 qatını və heç kim bizi durdura bilməz" (“Report”).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
- Premyer Liqa klubları kimi fəaliyyət göstərən “Dinamo”: “Kiçik maliyyə dəstəyi olarsa...”
- “Neftçi”dən alqışlanası addım: O tribunaya Anatoli Banişevskinin adı verildi
- Futzal millimiz Gürcüstanla qarşılaşacaq
- Futbolumuzun fərsiz övladı
- Valeh Seyidov yubileyini qolla qeyd etdi
- Kurban Berdıyevdən qələbə şərhi
- “Turan Tovuz” Qəbələdə böyük hesablı qələbə qazandı
- Bu dəfə minimal məğlubiyyət
- Cenk Sümer: “Dünyanın heç bir yerində bu epizodu kobudluq olaraq qiymətləndirməzlər”
- "Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait əldə edib
- Şirəliyev Azərbaycan çempionatındakı mübahisəli epizodlara aydınlıq gətirdi
-
16:33
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
-
15:16
Azərbaycanın parabadmintonçusu İspaniyada gümüş medal qazanıb
-
14:57
Üzgüçülərimiz Gürcüstanda 47 medal qazanıblar
-
13:28
Parataekvondo millimiz Antalyada turnirə qatılacaq
-
13:00
İmad Faraj: “Əvvəlki “Neftçi” ilə indiki arasında böyük fərq var”
-
12:42
Şahmat üzrə ölkə çempionatının final mərhələsi başlayıb
-
12:31
Nərgiz İsmayılova ÇL-in 1/4 finalına təyinat alıb
-
12:09
“Sumqayıt”ın U-11 komandası Bişkekdə beynəlxalq turnirdə iştirak edəcək
-
11:45
"Sevilya"nın yeni baş məşqçisi müəyyənləşdi
-
11:24
Basketbol millilərimiz FIBA reytinqində irəliləyib
-
10:16
"Xankəndi" 3 xalı 5 qolla qazandı VİDEO
-
09:53
Millimiz İspaniyada təsnifat turnirində mübarizə aparacaq
-
09:37
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
19:25
Millimiz Bolqarıstanla heç-heçə etdi
-
17:17
“Sportinq”in üzvü: “Ən vacib oyun Azərbaycana qarşı olandır”
-
16:00
Cüdoçularımız Bad-Blankenburqda beynəlxalq düşərgəyə qatılıblar
-
14:32
Muslera yenidən millidə
-
13:58
Pedro Mateuş: “Milliyə yenidən dəvət almağımda Füzuli Məmmədovun böyük rolu var”
-
12:43
“Qarabağ”a qarşı namərdlik
-
11:21
Azərbaycan paracüdoçuları Tbilisidə Dünya Kubokunda mübarizə aparacaqlar
-
10:54
Yevgeni Kukseviç: “Onları yoxlamaq istəyirik”
-
10:36
Roderik Miller: “Avrokuboklara çox yaxınıq”
-
10:15
Millimiz apreldə daha iki oyun keçirəcək
-
10:00
Qrizman ABŞ-də nə qədər qazanacaq?
-
09:49
İtaliyalı müdafiəçisi “Barselona”nın hədəfində
-
09:27
Deşamın xələfi Zidan olacaq
-
23:52
Cavadovdan “Dinamo”ya dəstək
-
18:41
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
-
17:00
II Liqada 19-cu tura start verildi
-
14:15
AMADA ilə Beynəlxalq Cüdo Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
-
13:37
Orxan Məmmədov: “Sahibkarların minifutbola marağı artıb"
-
12:56
Güləş yığmalarımız mühüm yarışlara hazırlaşır
-
11:28
Boksçularımız Debretsendə 4 medal qazanıblar
-
11:02
"Roma" 3 xalı tək qolla qazandı VİDEO
-
10:49
Breno Almeyda: “Neftçi” olaraq yalnız avrokuboklara fokuslanmışıq”
-
10:13
"İnter" səfərdə xal itirdi VİDEO
-
09:54
Mövsümdə 3-cü, “Neftçi”də 23-cü, tarixdə 110-cu
-
09:31
Madrid derbisini "Real" qazandı VİDEO
-
11:36
Futzal millimizin toplanışına 18 oyunçu dəvət alıb
-
11:19
PSJ-dən 4 qollu qələbə VİDEO
-
11:00
Zamiq Əliyevin komandasından heç-heçə
-
10:43
"Çelsi" "Everton"la bacarmadı VİDEO
-
10:25
Cəlalın komandası səfərdə coşdu
-
10:12
"Bavariya"dan darmadağın VİDEO
-
09:54
Qərəz, yoxsa antipatiya? - YAZI
-
09:37
"Milan" 3 xalı 3 qolla qazandı VİDEO
-
23:36
Axundzadə MLS-də debüt etdi
-
19:23
"Turan Tovuz"dan növbəti qələbə VİDEO
-
18:59
Kurban Berdiyev: “İddialı danışmaq üçün hələ çox tezdir”
-
18:41
Sxadadze: “Məsuliyyətdən qorxmuram”
25.03.2026
24.03.2026
23.03.2026
22.03.2026
21.03.2026























