Minifutbol
Cəbhədəki son vəziyyət açıqlandı
Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.
Eyni zamanda məlum olub ki, Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan da zərərsizləşdirilib.
Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib. 5-ci motoatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirilir. 18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib.
Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir. Bundan əlavə, 10-cu dağatıcı diviziyanın müdafiə zolağına gətirilmiş kəşfiyyat bölüyü də canlı qüvvə baxımından itkilərə məruz qalıb. Şəxsi heyətin üçdə ikisini itirən bölmə mövqeləri ataraq geri çəkilməyə məcbur edilib.
Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib. 246-ci alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Ğazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirilib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
-
23:18
Daha bir boksçumuz Avropa çempionu oldu
-
23:05
Mikels qardaşlarından dubl, sabiq “Sumqayıt”lıdan təsəlli qolu
-
21:39
Bir təbrikə dəymədi?..
-
20:54
Rafael Utsiq yenidən “Qəbələ”də
-
19:42
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
-
19:26
Gimnastları dünya çempionatının finalına yüksəliblər
-
18:17
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
-
18:00
Dudek “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
17:38
Çempionlar Liqası: “Birbaşa Bakı” uduzdu, "Zirə” 1/4 finalda
-
17:01
"LANDAU Lions"da yeni təyinat
-
16:23
“Şahdağ Qusar”dan 8 qollu qələbə
-
15:49
I Liqa klubunda baş məşqçi istefası
-
14:35
“Zirə”dən ayrılan legioner yenidən Azərbaycana qayıtdı
-
13:52
"Sumqayıt" ingiltərəli legionerlə gücləndi
-
13:24
Litva - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
-
13:09
Atletika Federasiyasında məşqçilər üçün seminar başa çatıb
-
12:46
Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
-
12:17
“Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb
-
12:00
Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
-
11:38
“Mingəçevir Reqatası-2026”ya giriş sərbəst olacaq
-
11:21
Kannavaro 7 əvəzetmə etdi, “Sabah”ın legionerinə ehtiyac duyulmadı
-
10:53
Litva millimizlə oyundan əvvəl qələbə qazandı
-
10:15
Niderland sonra məğlubiyyətdən qaçdı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan Qran-Prisində 2-ci gün
-
23:16
"Neftçi" hazırlıqları bərpa etdi FOTOLENT
-
22:45
"Zirə"nin legioneri əməliyyat olundu
-
21:59
Boksçumuz Avropa çempionu oldu
-
20:28
"Qarabağ"ın bugünkü məşqindən FOTOLENT
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
-
15:49
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
-
15:25
Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
-
14:54
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
-
14:38
Boks millimiz Avropa çempionatında rekorda imza atıb
-
14:17
Bakıda Formula 2 yarışının sıralama turuna start verilib
-
14:00
U-16 millimizin heyəti açıqlandı
-
13:41
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib
-
13:26
Elxan Səmədov İsgəndər Cavadovla görüşdü
-
12:53
Toral Bayramov: “Uşaqlara demişdim ki, çoxdandır uzaqdan qol vurmuram”
-
12:32
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
-
11:49
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Musa Qurbanlı: “Bu matçdan dərs çıxarmalıyıq”
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
25.09.2026
24.09.2026
























