24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Minifutbol

Polad Həşimov haqqında xatirələr kitabı yenidən nəşr olundu

“General Polad Həşimov xatirələrdə” kitabı “Hədəf Nəşrləri”nin “Xatirə ədəbiyyatı” silsiləsində işıq üzü görüb.

Nəşriyyatdan verilən məlumata görə, 268 səhifəlik sözügedən kitab 14 iyul tarixində Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Azərbaycan ordusunun general-mayoru Polad Həşimova həsr olunub.

Kitabda ailə üzvlərinin, cəbhə yoldaşları və əsgərlərinin, müxtəlif peşə sahiblərinin Polad Həşimovla bağlı xatirələri yer alıb.

Kitabın 60 səhifəsini əhatə edən “Polad Həşimov fotolarda” bölməsində mərhum generalın uşaqlıq illərindən tutmuş həyatının müxtəlif anlarında çəkilmiş şəkillər verilib. “General Polad Həşimov xatirələrdə” - general-mayor Polad Həşimova həsr olunmuş ilk dolğun kitabdır.

“Hədəf Nəşrləri” sözügedən kitabın ikinci nəşrini yalnız istehsal qiymətinə satışa çıxardığını da açıqlayıb.

Bu barədə nəşriyyatın təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq açıqlamasında deyib: “General Polad Həşimov xatirələrdə” kitabı mənim və “Hədəf Nəşrləri” komandasının mənəvi narahatlığının nəticəsində ərsəyə gəlib. Biz kitabın 1000 tirajlıq ikinci nəşrini hamıya əlçatan etmək üçün yalnız istehsal qiymətinə satışa çıxardıq. Kitabın satıldığı bütün mağazalar bu təklifimizi yekdilliklə qəbul etdilər və heç bir qazanc olmadan bu kitabın satışını həyata keçirməyə razılaşdılar. Mən onların hər birinə təşəkkür edirəm”.

Oxucular hazırda sözügedən kitabı mağazalardan cəmi 3 manata əldə edə bilərlər.

Qeyd edək ki, “General Polad Həşimov xatirələrdə” kitabının ilk 2000 tirajlıq nəşrini “Hədəf Nəşrləri” ictimaiyyətə tamamilə pulsuz paylayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30