20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Minifutbol

Bərdədə ermənilər 1 qadını öldürdü, 3 nəfər yaralandı

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirərək 05 oktyabr 2020-ci il tarixdə səhər saatlarından etibarən düşmənin silahlı qüvvələri Goranboy, Göygöl, Beyləqan, Bərdə, Tərtər, Zərdab rayonlarının və Gəncə şəhərinin ərazisində əhalinin kompakt olduğu məntəqələri atəşə tutmaqda davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, işğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı həlak olmuş, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Eyni zamanda yuxarıda qeyd olunan digər şəhər və rayonlara çoxsaylı raket mərmiləri düşməsi nəticəsində infrastruktura ciddi ziyan dəymişdir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30