19 Avqust 2026, Çərşənbə
"Neftçi"də serbiyalı vinger
"Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Qarabağ" Cəfərquliyevi itirdi
“Neftçi”nin 25 il gözlədiyi start

Minifutbol

AFFA yeni tərəfdaşlıq müqaviləsi imzalayacaq

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Kiğılı” kişi geyim brendi arasında tərəfdaşlıq müqaviləsi imzalanması barədə razılığa gəlinib.

Futbolxeber.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, 2022-ci ilin sonunadək bağlanacaq müqavilə əsasında Azərbaycan milli komandasının üzvləri “Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaqlar. COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar imzalanma mərasiminin qarşıdakı həftələrdə keçirilməsi nəzərdə tutulub.

“Kiğılı” şirkəti 1938-ci ildə parça satmaq məqsədi ilə qurulub və 1965-ci ildə ilk geyim satış mağazasını həmin dövrün ən məşhur alış-veriş mərkəzlərindən olan İstanbulun İstiqlal küçəsində açıb. Qısa zamanda Türkiyənin ən öndə gedən geyim markalarından birinə çevrilmiş “Kiğılı” ölkə xaricində də fəaliyyətini uğurla davam etdirir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31