8 Avqust 2026, Şənbə
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Minifutbol

Könüllülərlə videokonfrans formatında görüş

Xəbər verdiyimiz kimi, COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlara uyğun olaraq tətbiq edilən karantin müddətində AFFA tərəfindən yaşı 65-dən yuxarı olan bir neçə futbol veteranına həftədə 2 dəfə zəruri gündəlik tələbat malları ilə yardım olunub.

Futbolxeber.az saytının məlumatına görə, yardımın çatdırılması Avro-2020-nin könüllüləri vasitəsilə həyata keçirilib.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov videokonfrans vasitəsilə futbol veteranlarına yardım kampaniyasının iştirakçısı olmuş könüllülərlə ünsiyyətdə olub, fəal iştiraklarına görə AFFA rəhbərliyi adından onlara təşəkkür edib. E.Məmmədov qeyd edib ki, 2020-ci il dövlət başçısının sərəncamı ilə “Könüllülər ili” elan olunub və gənclərin bu prosesdə iştirakı, könüllü kimi AFFA-nın yardım kampaniyasına öz töhfələrini verməsi təqdirəlayiq haldır.

Yardım kampaniyasında iştirak etmiş hər bir könüllü sertifikatla təltif olunub və videkonfrans zamanı həmin sertifikatların yaxın günlərdə könüllülərin ünvanlarına çatdırılacağı bildirilib (affa.az).

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31