29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

Araz Abdullayev indi haradadı?

Bakı şəhər Baş Polis İdarəsi “Neftçi” futbol klubunun oyunçusu Araz Abdullayevin törətdiyi ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Futbolxeber.az-ın məlumatına görə, martın 28-i saat 13:50 radələrində, Nobel prospektində Oğuz rayon sakini Araz Abdullayev idarə etdiyi «Nissan-350Z» markalı avtomaşınla Biləsuvar rayon sakinləri Gülsabah Nuriyeva və Zəminə Hüseynovanı vurub. Nəticədə Z.Hüseynova hadisə yerində ölüb, G.Nuriyeva ağır xəsarətlərlə KTM-ə daxil olub.

Dindirildikdən sonra isə Araz Abdullayev zaminı buraxılıb. "Neftçi"nin prezidenti Sadıq Sadıqov gənc futbolçuya zamin durub.
 
Hazırda isə Araz Abdullayev "Neftçi"nin bazasındadır. 
 
Xatırladaq ki, Araz Abdullayevin dünən törətdiyi avtomobil qəzası ilə bağlı Futbolxeber.az saytı özəl məlumatlar əldə edib. Olayla bağlı heç yerdə oxumadığınız məlumatlarla bir qədər sonra Futbolxeber.az saytında tanış ola bilərsiniz. Bizi izləyin.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31