13 Noyabr 2026, Cümə
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Minifutbol

“Sumqayıt”dan şəhərin yaşlı sakinlərinə dəstək

"Sumqayıt”ın futbolçuları “Evdə qal, sağlam qal” adlı aksiya çərçivəsində eyniadlı şəhərin yaşlı sakinləri ilə evlərində görüşüblər.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə “Sumqayıt”ın əsas komandasının məşqçiləri - Mehman Yunusov, Eduardo Balada, eyni zamanda futbolçular - Mehdi Cənnətov, Elvin Bədəlov, Cəmaləddin Xocaniyazov, Rüfət Abdullazadə, Səbuhi Abdullazadə, Mehdi Şərifi və Xəyal Nəcəfov iştirak edib.

Xüsusi karantin müddəti boyunca onlara evdən çıxmamağı məsləhət görən komandanın üzvlərinə şəhər sakinləri belə çətin günlərdə yaşlıları unutmadıqları üçün çox sağ ol deyib və qayğıya görə öz dərin minnətdarlıqlarını bildiriblər.

Yaşlı sakinlər futbolçular tərəfindən ərzaq tədarükü ilə təmin olunub. “Evdə qal, sağlam qal” adlı aksiyası mütəmadi olaraq “Sumqayıt” FK tərəfindən davam etdiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30