1 Yanvar 2026, Cümə axşamı
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı
“Səbail”dən gözlənilməz məğlubiyyət

Minifutbol

Azərbaycan futzalına itki üz verib

Azərbaycan futzalına itki üz verib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Futzal Federasiyasının sabiq prezidenti və İcraiyyə Komitəsinin üzvü Ağarza Rzayev vəfat edib.

Rzayev Ağarza Xanəhməd oğlu 1954-cü il yanvarın 22-də Bakı şəhərində anadan olub. 1971-ci ildə 173 saylı orta məktəbi bitirib. 1981-86-cı illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. Müxtəlif illərdə “Spartak”, “Avtomobilçi” komandalarında futbol oynayıb.

1994-1999-cu illərdə futzal üzrə Azərbaycan milli komandasının rəisi, 1999-2008-ci illərdə Azərbaycan Futzal Federasiyasının prezidenti olub. 2013-2018-ci illərdə futzal üzrə ölkə çempionatının oyunlarına hakim-inspektor kimi təyinat alıb. 2018-ci ilin iyulundan AFF-nin İcraiyyə Komitəsinin üzvü olub.

Azərbaycan Futzal Federasiyasının rəhbərliyi A.Rzayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

На изображении может находиться: 1 человек, костюм








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31