28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

Ərdoğan Avro-2020-yə gəlir: "İlham Əliyevlə danışdım, məni gözləyir"

"Avropa çempionatının açılış matçının İtaliyada keçirilməsi qəribədir. İtaliya qrup oyunlarını öz meydanında keçirəcək. Bu necə ola bilər?"

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin bir sıra aparıcı televiziya və radiolarının ortaq yayımı ilə efirdə gedən “Gündem Özel” proqramında qonaq olarkən deyib.

Dövlət başçısı yayda keçiriləcək Avropa çempionatında İtaliya-Türkiyə matçını izləyib-izləməyəcəyi ilə bağlı sualı cavablandırarkən A qrupunda Uels və İsveçrə ilə matçlar zamanı Bakıya gələcəyini bildirib:

"Açılış oyunu zamanı Romaya getməyə bilərəm. Qrupdakı digər iki matçımız Bakıda keçiriləcək. Bakıdakı oyunlara gedə bilərəm. İlham Əliyev qardaşımla da danışmışıq, məni gözləyir. İnşallah, Bakıya gedib, iki oyunumuzu orda izləyəcəyik. Ümid edirəm ki, qrupdan çıxarıq".

Qeyd edək ki, iyunun 17-də Türkiyə - Uels, 21-də isə İsveçrə - Türkiyə matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31