19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Minifutbol

Qaranlıq ölkə: Bratislavadan ilkin təəssürat

Dünən milli komandamız Avro-2020-dəki çıxışını başa vurmaq üçün Slovakiyaya üz tutdu. Noyabrın 19-da Trnavada keçiriləcək görüş yığmamızın gələn il baş tutacaq qitə birinciliyinin seçmə mərhələsindəki son oyunudu.

Hava limanında yığmamızın üzvlərinə baxarkən, düşünürdüm ki, qarşıdakı Avropa çempionatı ilə bağlı nə qədər arzularımız vardı. Hələ bir neçə il öncə - Bakının Avro-2020-yə ev sahibliyi edəcəyi məlum olandan sonra - hər birimiz millimizin Avropa çempionatında çıxış edəcəyi ilə bağlı xəyallar qururduq. Amma bir mahnıda deyildiyi kimi, puç olan xəyallar, arzular...

Əvvəlcə milli qitə birinciliyinə vəsiqə qazanmaq şansı daha real görünən Millətlər Liqasında fiaskoya uğradı və belədə ümid möcüzəyə qaldı. Amma futbolda möcüzə demək olar ki olmur. Olanda da 1 oyunluq olur, bütün seçmə mərhələ boyu yox...

İndi millimizin uğursuzluğunu müzakirəyə çıxarmaq fikrindən uzağam. Onsuz da Slovakiya ilə oyundan sonra bunun üçün kifayət qədər vaxtımız olacaq...

Dünən Bakı vaxtı ilə saat 16:20-ni göstərərkən milli üzvlərinin, AFFA rəsmilərinin, eləcə də jurnalistlərin yer aldığı, AZAL-dan icarəyə götürülmüş “Boing-320” təyyarəsi havaya qalxdı. Bu, “Futbolxeber.az”ın təxminən 4 illik, dəqiq desəm 46 aylıq fasilədən sonra AFFA ilə birlikdə ilk səfəri idi. Gəmi kapitanı uçuşun 3 saat 40 dəqiqə çəkəcəyini elan etdi və təxminən 3 günük səfər başladı.

Səfərə yollananlar arasında Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun olması sürpriz deyildi. Bir qədər gözlənilməz olan "Sabah"ın prezidenti Maqsud Adıgözəlov və "Səbail"in icraçı direktoru Ramin Həsənovun yığma ilə birgə səfərə yollanması idi. 

Əsas diqqətlər isə təbii ki, AFFA-nın baş katibi, millinin hər oyunundan sonra bəziləri tərəfindən əsas günahkar göstərilən, son zamanlar daha çox tənqid olunan Elxan Məmmədova yönəlmişdi. Baş katib həmişəki kimi hava limanında jurnalistlərlə bir-bir hal-əhval tutmaqla yanaşı, təyyarədə də hər şeyin qaydasında olub-olmadığı ilə maraqlanırdı.

Normal keçən uçuşdan sonra yerli vaxtla 17:00-da (Bakı vaxtı ilə 20:00-da) təyyarə Bratislava hava limanına endi. Slovakiya paytaxtında qonaqları qarşılayan ilk məkanın ölçüsü elə də böyük deyil. Monitora diqqət etdikdə hava limanında olduğumuz müddətdə Bratislavadan cəmi 4-5 şəhərə - Moskva, Sofiya, Mançesterə uçuşların olduğunu görmək mümkün idi. Əsas diqqətimizi çəkən isə hər tərəfin qaranlığa qərq olması idi. Hələ axşam tam düşməsə də, sanki zülmət idi. Adətən Helsinki, Sankt-Peterburqda kimi şəhərlərdə də hava tez qaralsa da, səhər də tez açılır. Bratislavadan fərqli olaraq.

Hava Limanından qaldığımız otelə qədər olan 15 dəqiqlik yolda da xüsusi diqqətimizi çəkən bir məqam olmadı. Əksər küçələr qaranlıq, 4-5 mərtəbəli binalar, vəssalam.

Slovakiyada xokkeyin futboldan daha populyar olduğuna əmin olmaq üçün çox vaxta ehtiyac yoxdu. Elə məskunlaşdığımız otelin yaxınlığındakı Slovan İdman Kompleksinə baş çəkdik ki, burada 2 xokkey meydançası dərhal diqqət çəkir. İdman kompleksinin əməkdaşı bildirdi ki, biz orda olarkən keçirilən qarşılaşma həvəskarlar liqasının oyunudur və buz üstündə mübarizə aparanların əksəriyyəti nisbətən yaşlılardı.

Otelə qayıdarkən polislərin kobudluğu da diqqətimizdən qaçmadı. Yola nəzarət edən polis əməkdaşına sual ünvanladıqda, cavab əvəzinə sadəcə “tez keçin, dayanmayın” deyə qışqırırdı... Bu da Avropa mədəniyyəti...

İbrahim CƏFƏROV, Bratislavadan    

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31