27 Avqust 2026, Cümə axşamı
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Minifutbol

“Neftçi”nin üzvləri talassemiyadan müalicə olunan uşaqlara baş çəkiblər

Sosial layihələrə hər zaman xüsusi önəm verən “Neftçi” PFK daha bir layihəyə başlayıb.

Futbolxeber.az saytının “Neftçi”nin rəsmi feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, komanda dəstək xarakterli “Sevindirdiyiniz Qədər Sevin” layihəsinə start verib.

Layihə çərçivəsində baş məşqçisi Roberto Bordin və futbolçular - Emin Mahmudov, Rəhman Hacıyev, Mamadu Mbodj, Anton Krivotsyuk və Ömər Buludov Talassemiya Mərkəzində olublar.

Komandanın üzvləri talassemiya xəstəliyindən müalicə olunan uşaqlara baş çəkib, onlarla söhbət ediblər. Uşaqlara müxtəlif hədiyyələr verilib.

Qeyd edək ki, Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı və bu xəstəlikdən əziyyət çəkən minlərlə insan var. Ölkəmizdə bu problemlə məşğul olan Talassemiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib və fəaliyyət göstərir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31