6 Iyun 2020, Şənbə
"Trabzonspor" avrokuboklardan kənarlaşdırıldı
“Qarabağ” üçün daha bir rəqib
“Qəbələ” pentakampeonluğunu rəsmiləşdirdi
Nə oldu, “Neftçi” dağıldı?

Maqazin

“Düdelanj” “Qarabağ”dan rəsmən üzr istədi

"Düdelanj" klubu bu həftə Avroliqanın matçında “Qarabağ”la oyunda baş verən erməni təxribatına görə Azərbaycan klubundan rəsmən üzr istəyib.

Futbolxeber.az saytının məlumatına görə, Lüksemburq klubu rəsmi "Twitter" hesabı vasitəsilə yayımladığı açıqlamada təxribatla heç bir əlaqələri olmadığını bildirib:

"Azərbaycandan gələn qonaqlardan üzr istəyirik. Bizim bu təxribatla heç bir əlaqəmiz yoxdur. Məsələni araşdıracağıq".

Xatırladaq ki, oyunun birinci hissəsində dronla meydanın mərkəzinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nın endirilməsinə cəhd edilib. Amma “Qarabağ”ın futbolçuları bunun qarşısını ala biliblər. Təxribat səbəbindən hakim görüşü 20 dəqiqə müddətində dayandırmalı olub.

Qeyd edək ki, daha öncə Lüksemburqun idman naziri də Azərbaycan tərəfdən üzr istəyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2020
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30