14 Oktyabr 2025, Çərşənbə axşamı
VIII turun hakim təyinatları
Millimiz Ukraynaya uduzdu
U-17 millimiz darmadağın oldu
AFFA Santuşa təzminat ödəyib

Minifutbol

Lüksemburqdakı təxribatı törədənlər müəyyənləşdi

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən “Düdelanj”- “Qarabağ” oyununda (1:4) təxribat törədən ermənilər müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, təxribat “ultraqrup birinci erməni cəbhəsi” adlı qruplaşma tərəfindən törədilib. Bu qruplaşma “Ultras” adlanan feysbuk səhifələrində hadisənin Spartak adı ilə tanınan başçıları tərəfindən törədildiyini açıqlayıb.

Qruplaşma oyundan sonra da sakitləşməyib. Onlar “Jozi Bartel” stadionu ilə üzbəüz yerləşən qarajdakı avtomobillərin bəzilərinə ziyan vurub və oğurluq ediblər. Lüksemburq polisi  dəstənin axtarışındadır.

Xatırladaq ki, matçın 31-ci dəqiqəsində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydançanın üzərinə gətirildikdən sonra stadionda ara qarışıb və görüşdə bir neçə dəqiqə fasilə yaranıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31