12 Iyul 2020, Bazar günü
De Byazinin təyinatına sözardı
Ansi Aqolli millimizdə çalışacaq?
"Neftçi" Dario ilə yollarını ayırdı
“Sabah”da ispan baş məşqçi

Maqazin

Mahirin evini qarət edənlər saxlanıldı

“Qarabağ”ın hücumçusu Mahir Emrelinin evini qarət edənlər saxlanılıblar.

Futbolxeber.az saytının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 10-da saat 16 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan M.Emrəlinin evindən pəncərədən girmək yolu ilə 17.000 manat və 20.000 ABŞ dolları, habelə 3 ədəd mobil telefon və 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət daxil olub.

Polis əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib və bu cinayət əməlini törədən 2 nəfər qısa müddətdə müəyyən edilib.   

DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Kriminalistik Tədqiqatlar İdarəsi və 40-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş N.Vəliyev və bir yeniyetmə saxlanılın.

Araşdırma aparılır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2020
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31