21 Avqust 2019, Çərşənbə
"Estremadura" Mahirdən imtina edir
Milli komandamız PES-2020-də
Xanım Dabo da Bordindən narazıdı
İlqar Qurbanov “Sumqayıt”la anlaşdı

Maqazin

“Qəbələ”dən məktəblilərlə daha bir görüş

Bu gün Qəbələ şəhəri, Vəndam qəsəbəsi 1 və 2 saylı orta məktəbdə “Qəbələ” klubunun cüdo idman növü üzrə yerli bölməsinin baş məşqçisi Rail İsmayılov, fəal azarkeş Nəriman Mahmudzadə, futbolçular - Elvin Camalov və Lalavele Atakoranın iştirakı ilə şagirdlərlə görüş keçirilib.

Futbolxeber.az saytının klubun Feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, görüş zamanı çıxış edən Rail İsmayılov, Lalavele Atakora və Elvin Camalov məktəbliləri komandanın yanında olmağa, onu dəstəkləməyə çağırıblar.

Ardınca şagirdlər arasında klub barədə suallardan təşkil olunmuş müsabiqə keçirilib. Müsabiqənin qaliblərinə Lalavele Atakora və Elvin Camalovun imzalı forması təqdim olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31