Minifutbol
Vaqif Sadıqov: “Onlar olanda uçurdum, indi isə yeriyirəm”
Bu gün Azərbaycan futbolunda oyunçu və məşqçi kimi xidmətləri olan, MDB məkanında ölkə futbolunu layiqincə təmsil edən, klublarda və milli yığmalarda baş məşçi kimi fəaliyyət göstərən, futbol tariximizə gətirdiyi “Azərbaycansayağı künc zərbəsi” ilə uğurlar qazanan, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun doğum günüdü. Düz 60 il bundan əvvəl - 1959-cu ilin aprelin 1-də dünyaya gələn Vaqif müəllim əlamətdar yubileyini çoxlarının gözlədiyi kimi deyil, özü bildiyi kimi son dərəcə sakit qeyd edir. Belə bir məqamda rakus.az saytı yubilyarla tam başqa mövzu ətrafında həmsöhbət olub.
- Vaqif müəllim, sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik.
- Çox sağ olun, minnətdaram.
- Doğum günü insan üçün həm də bir hesabat anıdır. Bu mənada bilmək istərdik ki, siz Vaqif Sadıqovu necə səciyyələndirərdiniz ?
- Xasiyyətinə uyğun taleyi olan insan.
- Bəs doğum günü anlayışını necə şərh edərdiniz?
- Ömrün pillələri. Ötən hər dəqiqə ilə keçmişimiz artır, gələcəyimiz isə azalır. Bu mənada bu günə dəyər vermək lazımdır.
- Onda bu gününüzdən razısınızmı ?
- Bəli. Çünki insan üçün vacib olan amillərin hər birinə sahib olmuşam. Allahımdan başqa heç kimdən ummamışam.
- Ailə vəziyyətiniz buna imkan veribmi ?
- Atamla anam son dərəcə ağır və oxşar həyat yaşayıb. Anam 3 yaşında valideynlərini itirib və uşaq evində böyüyüb. İlk əmək fəaliyyətinə başlayanda isə 13 yaşı olub. Lenin adına Bakı Toxuculuq fabrikində 50 ildən artıq işləyib. Əmək fəaliyyəti sayəsində 1967-ci ildə Azərbaycan Ali Sovetinin deputatı seçilib.
Atam isə 4 yaşından atasız yaşayıb. Həmin illərdə atasını İrana deportasiya ediblər. Ağlı kəsəndən ailəni dolandırmaq üçün min-bir əziyyətə qatlaşıb. Atası iranlı olduğuna görə atamın soyadı yox idi. Ailə quranda isə anamın soyadını götürmüşdü. Bir sözlə, valideynlərimin zəhmətkeşliyi mənim üçün həyat dərsi olub.
- Ömrün ötən günlərini xatırlayanda ağır anlarınız hansı illərə düşüb ?
- Özüm valideyn olsam da, həyatımın ağır anını valideyn itkisi hesab edirəm. 2011-ci ildə anam, 2016-cı ildə isə atam dünyasını dəyişdi. Bu, mənə son dərəcə ağır təsir etdi. Sanki onlar olanda uçurdum, indi isə yeriyirəm.
- Axı çoxları sizi optimist insan kimi tanıyır.
- Nazim Hikmət deyib ki, insanın ən yaxşı illəri o illərdi ki, hələ ki, onu yaşamayıb. Yəni gələcəyə böyük ümidlə baxmaq lazımdı. Bu mənada bəli, optimistəm.
- Bəs xoş günləriniz...
- Bu da ömrün bir hissəsidi. Dünyaya gəldiyin gün, valideynin övladdan və övladın valideyndən qürur duyduğu anlar, arzuların çin olması... həyatın xoşbəxtliyidir.
- Bəs topa sevginiz neçə yaşınızdan başlayıb?
- Ağlım kəsəndən. Məktəbin futbol meydançası ilə üzbəüz yaşadığımızdan demək olar ki, günüm meydançada keçirdi. Dahi futbolçularla ciddi maraqlanırdım. Atam da futbol oynayıb.
- Futbola belə həvəsiniz vardısa, niyə idman dərslərindən “2” alırdınız ?
- İdman adətən son dərsimiz olurdu və məşqə getdiyim üçün iştirak edə bilmirdim. Buna görə də millinin məşqçilərinin məsləhəti ilə 6 saylı İdman internat məktəbinə keçdim.
- Futbol həyatınız göz qabağında olduğundan görünməyən tərəfinə toxunmaq istərdik. Futbola həyəcansız baxmaq olurmu?
- Hərdən özüm-özümə də bu barədə sual verirəm. Futbola həyacansız baxmaq mümkün deyil. Bu onu göstərir ki, hələ də futbolda yaşayıram. Budur futbolun gözəlliyi.
- İnsanın gözəlliyini nə ilə ölçərdiniz?
- Dahilərdən biri deyib ki, insanı gözəl edən üzdü, üzdə də gözdü, ancaq insanı insan edən ağzından çıxan sözdü.
- Bəs həyat fəlsəfəniz necədi?
- Yaxşılıq etdiyini və sənə olunan pisliyi unutmaqla öz həyatını yaşa.
- Söhbətimiz qısa və lakonik keçir.
- Həzrət Əli deyib ki, söz dərman kimidi, azı xeyrindi, çoxu zərərin.
- Onda gəlin söhbətimizi fotoların gözü ilə davam etdirək.
- Buyurun.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- Abubakar “Bursaspor”a keçir?
- FİFA referiləri I Liqa oyunlarında
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Rövşən Hüseynli: “Bu, “Araz-Naxçıvan”ın tarixində ən çətin iki çempionluqdan biridir”
- “Qarabağ”ın ikinci transferi Bakıya gəldi
-
10:39
“Neftçi”nin keçmiş baş məşqçisi sabiq klubuna qayıtdı
-
10:21
Konfrans Liqasında püşk günü
-
10:13
“Qarabağ”ın Avroliqada rəqibi hansı klub olacaq?
-
10:00
ÇL: Azərbaycan çempionunun rəqibi müəyyənləşir
-
09:45
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
09:28
İspaniya millisindən gözlənilməz xal itkisi VİDEO
-
23:47
CAS-dan yekun qərar: “Turan Tovuz” avrokuboka buraxılmadı
-
21:54
"Şəfa"da daha üç ayrılıq
-
19:30
İki boksçumuz Dünya Kubokuna qələbə ilə başlayıb
-
18:12
"Feyenoord"da yeni baş məşqçi
-
17:45
U-19 millimizin rəqibləri müəyyənləşib
-
17:23
Millimizin üzvü Türkiyə klubunun hədəfində
-
17:06
DÇ-2026-da ilk istefa
-
16:38
Cüdo Federasiyasının mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
-
15:54
Boksçularımız Serbiyada 13 medal əldə ediblər
-
15:19
"Kəpəz"i “Şəfa”ya dəyişdi
-
14:27
Məmmədov rəsmən Kipr klubunda
-
14:00
"Odlar yurdu" şahmat üzrə dünya çempionatında mübarizə aparacaq
-
13:41
“Real” Kukurella heyətinə qatdı
-
12:52
Azərbaycan kanoeçisi Portuqaliyada ikinci qızıl medalını qazanıb
-
12:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:13
Füzuli Məmmədov: “Hədəf Premyer Liqadır” VİDEO
-
11:46
Voleybol millimiz İspaniyaya məğlub olub
-
11:28
Kot-d`İvuar - Ekvador matçında tək qol VİDEO
-
11:09
“Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
-
10:31
İsveç DÇ-2026-ya darmadağınla başladı VİDEO
-
10:17
"Turan Tovuz" məşqlərə başladı
-
10:00
Məhəmməd Muradlı Özbəkistanda birinci oldu
-
21:16
"Şamaxı" yeni transferini açıqladı
-
20:31
Baksetbol millimiz Avropa kubokunun finalında
-
16:43
Azərbaycanın 8 şahmatçısı dünya çempionatına yollandı
-
10:28
Braziliya - Mərakeş matçında qalib aşkarlanmadı VİDEO
-
10:00
Türkiyə Avstraliyaya məğlub oldu
-
23:42
Basketbol millilərimiz yarımfinalda
-
22:13
"Şamaxı"nın məşqçilər korpusu müəyyənləşdi
-
21:28
Azərbaycan avarçəkənləri Dünya Kubokunda bürünc medal qazanıblar
-
20:54
Ölkə çempionatına yekun vurulub, Nazim Babayev karyerasını bitirib
-
20:31
Azərbaycan millisi dünya çempionu oldu
-
20:00
Yuri Vernidub: “Fikrimcə, hazırda ən güclü heyət...”
-
13:47
"Şəfa"da yeni müqavilə
-
13:19
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:26
Montella: “Komandada həyəcan var”
-
11:05
“Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
-
10:32
"Neftçi"nin futbolçusunun toyu oldu VİDEO
-
10:13
ABŞ - Paraqvay matçında 5 qol VİDEO
-
09:48
96 illik həsrətin sonu
-
07:20
DÇ-2026: ABŞ millisindən əla start
-
01:51
DÇ-2026: Kone ən yaxşı seçildi
-
01:34
Kanada millisinin baş məşqçisi: "Aqressiv oynamırdıq"
-
01:19
Kanada millisindən tarixi nəticə
16.06.2026
15.06.2026
14.06.2026
13.06.2026























