Minifutbol
Jezniçak: "Düşünürdüm ki, Azərbaycanda qadınlar üzlərini bağlayırlar"
“Azərbaycana gələndə karyeramın necə olacağı məlum deyildi. İlk dəfə legioner həyatı yaşayırdım. Ancaq bura gələndə gördüklərim məni yaxşı mənada təəccübləndirdi”.
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibəsində deyib. 32 yaşlı müdafiəçi Ağdam klubuna keçidi barədə danışarkən ölkəmizə gəldiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirib:
“2004-cü ildən, yəni 21 yaşımdan "Legiya"da çıxış etmişəm. Hazırkı durum isə mənə çox xoş gəlir. Bakı inkişaf edir. Həyat yoldaşımla birlikdə sakit həyat yaşayırıq. İdman da inkişaf edir. Biz Çempionlar Liqasında oynadıq. Bura gəldiyim üçün peşmanlıq keçirsəydim, özümə qarşı dürüst olmazdım. Hər şey əla alındı.
Azərbaycanda ən yaxşı futbolçular Polşa Liqası ilə müqayisədə daha yaxşı qazanırlar. Ancaq mən "Legiya"dakından daha az maaş alıram".
Jezniçak bəzi polşalı futbolçular kimi qərbə deyil, şərqə üz tutmasından peşman olmadığını qeyd edib: ”Qarabağ” Azərbaycan klub tarixində ilk dəfə Çempionlar Liqasının qrupuna yüksəlməyi bacardı. Çox cazibədar görünürdü. "Çelsi", "Atletiko" və "Roma" ilə qarşılaşdıq. Cəmi 2 xal toplamağımıza baxmayaraq, çıxışımızı müsbət xatırlayırıq. Kimlərlə qarşılaşdığımızı düşünsək, ümumi nəticə pis deyil. "Atletiko" ilə iki dəfə qarşılaşdıq və cəmi 1 qol buraxdıq. "Arsenal"a qarşı nəticələr daha pis idi, ancaq onlara qarşı da “döyüşdük”.
Jezniçak müsəlman ölkəsi olan Azərbaycanda mədəniyyət baxımından hər hansı problemlə özləşmədiyini də əlavə edib: “Müsəlman ölkəsi olduğu doğrudur, ancaq bunu küçələrdə görmürsünüz. Məsələn, düşünürdük ki, orda qadınlar üzlərini bağlayırlar. Ancaq sakinlərin belə radikal olmadığını gördük. Gündəlik yaşayış tərzində hər hansı bir problem yoxdur.
Yerli sakinlər Azərbaycan dilindən başqa rus dili də üstünlük verirlər. Ancaq komandanın çoxu ingilis dilindən istifadə edir. Onlarla mənə daha asan olur. Rus dilində 90 faiz başa düşürəm".
Jezniçak "Sabiq klubunuz "Legiya"ya qayıtmaq istərdinizmi" sualını belə cavablandırıb: "Təklif gəlsə, düşünərəm. "Qarabağ"la mövsümün sonuna qədər müqaviləm var. Yeni müqavilə təklifi olub-olmayacağını və ya başqa komandanın mənimlə maraqlanıb-maraqlanmayacağını görəcəyik. Futbolçu həyatı tez dəyişir. "Legiya" hələ də mənim ürəyimdədir və onları dəstəkləməkdə davam edəcəm. Ümid edirəm ki, "Lexiya"nı qabaqlayaraq, yenidən Polşa çempionu olacaqlar”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- “Sumqayıt”dan ayrılan Saşa İliç bu tanınmış klubu çalışdıracaq
-
18:26
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
-
17:58
Ceyhun Sultanov: “Hədəf barədə komanda tam formalaşdıqdan sonra danışmaq olar”
-
17:15
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
16:33
Tçkayev qızıl, Heydərov bürünc medal qazandı
-
16:01
Ukrayna klubu Leandro Andradenin keçidini açıqladı
-
14:44
Kabo Verde - Səudiyyə Ərəbistanı matçında heç-heçə VİDEO
-
14:29
Bahadur Həziyev yenidən “Səbail”də
-
14:12
Belçikadan 5 qollu qələbə VİDEO
-
13:57
“Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurdu FOTOLENT
-
13:30
Misir - İran oyununda qalib aşkarlanmadı VİDEO
-
13:05
Andrade “Qarabağ”dan getdi
-
11:46
"Qarabağ" Avstriyada ilk oyununa çıxır
-
11:28
Musleranın səhvi İspaniyaya qələbə qazandırdı VİDEO
-
11:13
Kurtua Belçika futbolunun tarixinə düşdü
-
10:51
Seneqal İraqı darmadağın etdi VİDEO
-
10:39
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:24
"Qarabağ"ın Avstriya toplanışı davam edir FOTOLENT
-
10:02
DÇ-2026: 1/16 finalın 4 cütü məlumdur
-
09:47
Fransa Norveçə şans tanımadı VİDEO
-
22:43
Lyubomir Tupta rəsmən “Neftçi”də
-
21:59
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu
-
21:36
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri açıqlandı
-
19:27
"Turan Tovuz" Vadji ilə yeni müqavilə imzaladı
-
18:15
Bəhlul Mustafazadə nə vaxt meydana qayıdacaq?
-
18:00
“Zirə”də kadr dəyişikliyi olub
-
17:38
“Zirə”nin rəqibi xorvat yarımmüdafiəçi ilə gücləndi
-
16:52
Qusarda 297 cüdoçu kəmər dərəcələri üzrə imtahan verib
-
16:24
“Səbail”dən növbəti transfer
-
16:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
15:41
Azərbaycan cüdoçusu Qran-Pri turnirində bürünc medal qazanıb
-
15:19
Yavər Hüseynova Azərbaycan Karate Federasiyasında vəzifə verildi
-
14:53
Riad Rəfiyev Braziliya təəssüratlarını bölüşdü: “Məhsuldar və yaddaqalan səfər idi” FOTOLENT
-
14:37
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edildi
-
14:26
Vernidub: “Yeni mövsümdə tribunaları dolu görmək istərdim”
-
14:05
Yuri Vernidub daha 2 il “Neftçi”də! FOTOLENT
-
13:48
Renaldo Sefas: “Bu möhtəşəm ailəyə qoşulduğum üçün çox xoşbəxtəm”
-
12:12
“Neftçi”nin yeni transferi tibbi müayinədən uğurla keçdi
-
11:54
Türkiyə - ABŞ matçında 5 qol VİDEO
-
11:31
DÇ-2026: 1/16 finalın 4 cütü məlumdur
-
10:47
Almaniya Ekvadora uduzdu VİDEO
-
10:23
Azərbaycan taekvondoçusu Qazaxıstanda qızıl medal qazanıb
-
10:00
Niderland Tunisi 3 qolla üstələdi VİDEO
-
20:21
İdman jurnalisti “Sheki Open 2026”nın qalibi oldu
-
20:00
Azərbaycan teleməkanında ilk
-
19:19
Renaldo Sefas rəsmən “Qarabağ”da
-
18:52
AFFA onların şikayətini təmin etdi
-
18:33
"Səbail" sabiq futbolçusunu geri qaytardı
-
17:45
Bakıda məşqçilər üçün seminar keçirilib
-
17:27
“Araz-Naxçıvan”ı Küveyt klubuna dəyişdi
-
17:06
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
27.06.2026
26.06.2026
25.06.2026























