Minifutbol
Rəşad Sadıqov: “Belə bizneslərim olsaydı, hamı dəqiq bilərdi”

Yaxşı futbolçu olmaq üçün nə etmək lazımdır? Azərbaycanda futbol oynamaqla pul qazanmaq mümkündürmü? “Qarabağ”ın kapitanı Rəşad Sadıqov iqtisadi sayt olan fed.az-ın bu və digər suallını cavablandırıb. Müsahibəni təqdim edirik.
- Son illər futbola maraq artıb, valideynlər həvəskar uşaqlarını neçə yaşından futbola yazdırmalıdır və yazılmaq üçün ən gec yaş hansı hesab olunur?
- Uşağın özündən və inkişafından çox şey asılıdır. Məsələn, indi desəm 7 yaş, eyni yaşda iki fərqli uşaq götürsək, onların inkişafları fərqli ola bilər. Buna əsasən bilmək olar ki, həmin uşağa başlamaq olar, gecdi, ya tezdi. Bildiyim qədərilə hazırda bizdə 7-8 yaş qrupları varsa da, sayca çox azdır. Futbola həmin yaşlardan başlamaq lazımdır. Və uşaqlarını futbola, yaxud hansısa başqa idman növünə yazdırmamışdan qabaq, valideynlərə məsləhət görərdim ki, onları 5-6 yaşından gimnastika və üzgüçülük məşğələlərinə qoysunlar. Bədən formalaşandan, inkişaf edəndən sonra, 7-8-9 yaşında, uşağın inkişafına uyğun olaraq, futbola yazdırmaq olar. 10 yaşından sonra yazılmaq isə futbol üçün gecdir.
- Sizcə valideynlər uşaqlarını ən çox hansı məqsədlə futbola yazdırır - idman, yoxsa gələcəkdə yaxşı pul qazanmaları üçün?
- Hamının məqsədinin nə olduğunu deyə bilmərəm. Amma yaxşı olardı ki, uşağa kiçik yaşından işinə sevgi aşılansın. 15-16 yaşında isə uşağa başa salmaq lazımdır ki, pul önəmli deyil. Bu, sonra onun şəxsi həyatında da rol oynayacaq. Uşaq yaşından insanda pula sevgi olanda bunun axırı yaxşı bitmir - nə yaxşı idmançı kimi, nə də şəxsiyyət kimi formalaşa bilirsən. Futbola yaxşı pul qazanmaq fikrilə gələnlər çox nadir hallarda uğur qazanırlar. İdmançı pulu nə qədər az düşünsə, daha çox uğur qazanar. Belə hadisələrlə çox qarşılaşmışıq. Hətta futbolda belə bir şey var ki, valideyn futbolçunun işinə qarışırsa, o uşaqdan gələcəkdə çox şey gözlənilmir. Düşünürlər ki, valideyn ona mane olacaq. Ona görə də valideynlər uşaqlarını futbola yazdıranda, məsləhətim odur ki, ilk növbədə onların sağlam və şəxsiyyət kimi böyümələrini düşünsünlər. Hər futbolla məşğul olan futbolçu olmur, hətta çox hissəsi futbolçu olmur. Ona görə də, futbolçu olmayacaqsa da, ictimaiyyət üçün dəyərli bir insan olsun. Təəssüf ki, bizdə bu məsələlər yaxşı səviyyədə inkişaf etməyib.
- Futbol məktəbləri pulludurmu? Məşqçiyə görə qiymət dəyişirmi?
- Ola bilsin ki, hansısa klublarda pullu qruplar da var, amma əsasən, futbol klublarının aşağı yaş qrupları pulla fəaliyyət göstərmir. Böyük yaş qruplarında da belə bir hal yoxdur, məşqçiyə görə də əlavə ödəniş tələb olunmur. Əksinə, perspektivli oyunçular sonradan həmin klubun futbolçusuna çevrilir. Məsələn, “Qarabağ”da forma geyən Maksim Medvedyev, Qara Qarayev bizim öz yetirmələrimizdir. Amma bir məsələ də var ki, bu klublara yazılmaq da asan məsələ deyil. Çünki məktəblər çox deyil. Cəmi 8 komandamız var.
- Futbolçu neçə yaşından sonra pul qazanmağa başlayır?
- Xüsusilə 18-20 yaşından sonra. Amma o asılıdır, futbolçunun hansı keyfiyyətdə olmasına. Ola bilər ki təzə başlayan futbolçu çox perspektivli olsun, təcrübəli oyunçulardan da çox qazansın.
- Azərbaycanda futbolçu zədələrdən tam sığortalanırmı, kimin hesabına?
- Hansı klubda çıxış edirsənsə futbolçunun müalicəsi o klubun məsuliyyətindədir.
- Azərbaycan klublarından əlavə, qardaş ölkənin də bəzi klublarında forma geymisiniz. Maddi baxımdan harda daha çox dəyər görmüsüz?
- Türkiyədə 3 mövsüm çıxış etmişəm. Orada müqavilələrimin məbləği yüksək idi və bu, çempionatın səviyyəsinə görə idi. Hər ölkədə futbolçular fərqli qazanır. Ola bilər hansısa ölkənin futbolunun keyfiyyəti Türkiyədəkindən yüksək olsun, amma futbolçuya verilən məvacib Türkiyədə daha çox olsun.
- Xarici səfərlərinizdəki bəzi oyunlarda insidentlər yaşanıb. Ötən ilin dekabrında İngiltərədə meydana qaçan erməniyə sərt mövqe nümayiş etdirdiniz. Belə hadisələr zamanı komanda və ya futbolçu cərimələnirmi?
- Baxır insident nəyə görə yaşanıb. Təbii ki, orada meydana sıradan bir ingilis azarkeşi qaçsaydı və mən də ona mənfi reaksiya göstərsəydim öz klubumuz tərəfindən cərimələnəcəkdim. Elə hal ola bilər ki, buna görə futbolçunu UEFA da cərimələsin. Amma qeyd etdiyiniz kimi, həmin oyunda baş verən elə bir hadisəydi ki, orda mənə təbii ki, heç bir cərimə tətbiq olunmadı.
- Bəzən mətbuatda Azərbaycan futbolçularının transfer qiymətləri ilə bağlı məlumatlar yer alır. Yetərincə böyük məbləğlərdir. Bunlar nə dərəcədə realdır?
- Bəzi saytlar bizim futbolçuları yaşına, karyerasına, oynadığı kluba görə qiymətləndirir. Amma o qiymətlərin heç biri real deyil, çox şişirdilmiş qiymətlərdir. Və xüsusi qeyd edim ki, transfer məbləği futbolçunun qazandığı pul deyil. Bu sadəcə transfer qiymətidir. Futbolda belədir ki, bir sənin transfer qiymətin var, bir də sənin şəxsi müqavilən var. Məsələn bu gün dünyada ən bahalı transfer Neymardı - 222 milyon dollar. 222 milyon dollardan Neymara heç nə çatmır. Bu pulu yalnız “Barselona” klubu alır. Amma Neymarın klubla şəxsi müqaviləsi var və ona çatacaq məbləğ o müqaviləyə bağlıdır.
- Rəşad Sadıqov digər klublardan nə qədər qonorar təklifi alsa, “Qarabağ”dan gedər?
- Bu günə qədər nə vaxtsa klubumu pula görə dəyişməmişəm. İstər “Neftçi”də oynadığım vaxtlarda, istər “Qarabağ”da oynadığım dövrlərdə, getdiyim vaxtlar olub, amma bunu heç vaxt pula görə etməmişəm. Bu gedişlər sırf karyeramla bağlı olub. Məqsədim daha yaxşı çempionatda, daha yaxşı klubda oynamaq olub. Məsələn, bir dönəm oldu ki, Azərbaycanda çempionat dayandı, o zaman mən gedib İranda çıxış etdim. Yəni sözüm odur ki, klubumu dəyişməyin daim müəyyən səbəbləri olub. Amma heç bir zaman o səbəb pul olmayıb. Mənim üçün pul həmişə ikinci dərəcəlidir. Mən istəmişəm ki, olduğum yerdə xoşbəxt olum.
- Reklam bazarının futbolçulara marağı necədir? Təkliflər varmı sizə?
- Mənə reklamla bağlı təkliflər olub. Heç vaxt razılaşmamışam. Ondan sonra təkliflər də dayanıb. Gələcəkdə nə olacağını bilmirəm. Amma hazırda reklamda çəkilmək kimi fikrim yoxdur.
- Futbolçu neçə yaşında karyerasını bitirməlidir?
- Futbolçunun peşəkar futbola başlaması üçün yaş məhdudiyyəti yoxdur. Peşəkar karyera 19 yaşında da başlaya bilər, 25 yaşında da. Karyeranın bitməyi də onun kimidir. Futbolçunun sağlamlığından, fiziki vəziyyətindən çox şey asılıdır. Oyunçu var 30 yaşında futboldan gedir, başqası 40 yaşında hələ də oynayır.
- Rəşad bəy, komanda heyətinin formalaşdırılmasında seçim düzgün aparılırmı? Məsələn, klubun prezidenti baş məşqçiyə hər hansı, o qədər də yaxşı oynamayan oyunçunu komandaya götürməyi tapşırsa, məşqçi bunu etməyə bilərmi?
- Belə hallarla mən rastlaşmamışam. Klub prezidenti məşqçiyə hansısa oyunçunun oynaması üçün göstəriş verirsə, məşqçinin işinə müdaxilə edirsə, özünə hörmət edən məşqçi istefa verməlidir.
- Futbolçular karyeraları bitəndən sonra əsasən nə işlə məşğul olurlar?
- Futbolçu karyerasını bitirənlər məşqçi də ola bilər, idarəçi də, menecer də. Yaxud da özünə başqa iş qurub bizneslə məşğul ola bilər.
- Deyirsiz futbol karyerası davam edərkən ehtiyat üçün özlərinə biznes qursunlar?
- Futbolçulara karyerası dövründə aktiv iş qurmağı məsləhət görmürəm. Çünki yaxşı futbolçu olmaq üçün bütün fikrini futbola yönəltmək lazımdır.
- Azərbaycan futboluna yüksək vəsait, diqqət ayrılsa da hələlik, «Qarabağ»ı çıxmaq şərtilə, yüksək nəticələr əldə edilmir. Futbolun inkişafı üçün sizcə daha nə lazımdır?
- Dövlətimiz tərəfindən futbolumuza böyük qayğı və diqqət var. Futbolçular olaraq da bunu anlayırıq və çalışırıq ki, bunun qarşılığını verək. “Qəbələ”, “Neftçi”, “Qarabağ” kimi klubların uğurlu nəticələri olub. Avroliqaya, Çempionlar Liqasına düşmüşük. Uğurların davamlı olması üçün daha çox çalışmalı, daha çox inkişaf etməliyik.
- Azərbaycanda azarkeşlərin futbola marağı digər ölkələrdən fərqlənirmi?
- Bu fərq furbolumuzun səviyyəsinin fərqlənməsiylə bağlıdır. Bu gün mən azarkeşimi qınaya bilmərəm ki, oyunlarıma niyə az gəlirsən, niyə məni çox dəstəkləmirsən. Bu gün Türkiyə azarkeşi komandalarını daha yaxşı dəstəkləyir, çünki Türkiyə komandaları daha yaxşı futbol oynayır. Bu məqamda bir az ədalətli olmalıyıq. Onu da qeyd etməliyəm ki, son 7-8 ildir ki, azarkeşlərimiz də çox inkişaf edib. Səfərə gələn xarici komandalar bizlə oynayanda çətinlik çəkirlər. Bəzi oyunlarımıza olan azarkeş dəstəyi, gəlmə sayı Avropada da səs-küy salmışdı. Hətta burda məşhur komandalar var idi ki, ölkələrinə geri qayıdanda açıqlamalarında demişdilər ki, sanki stadiona bir təyyarə enirdi, çətin bir abu-havada oyun keçirirdik. Bunlar hamısı bizim üçün uğurdur. Əgər biz bu gün Avropada Çempionlar Liqasının turunda azarkeş sayının çoxluğuna görə bir çox ölkələri geridə qoyuruqsa bu məsələni mütləq qeyd etməliyik, qabartmalıyıq.
- Futboldan əlavə xobbiniz var? Avtomobil kimi məsələn?.. Maraqlıdır ki, ilk avtomobiliniz hansı olub və neçə maşın dəyişmisiz?
- Əlavə heç nəyə marağım yoxdur. İlk avtomobilim «07» olub. 5-ə yaxın maşın dəyişmişəm. Ümumiyyətlə, avtomobilimi tez-tez dəyişmək kimi xüsusiyyətim yoxdur. 4-5 il qabaq tamamilə maşınsız idim. 1 il 8 ay demək olar ki, maşın sürməmişəm. Yəni o qədər də həvəskarı deyiləm.
- Deyilənlərə görə, avtomobil və restoran biznesiniz var. Doğrudur? Ümumiyyətlə şəxsi biznesiniz varmı?
- Xeyr, bunlar həqiqətə uyğun olmayan məlumatlardır. Bakı balaca şəhərdir, nəyimsə olsaydı gizlədə bilməzdim. Belə bizneslərim olsaydı, hamı dəqiq bilərdi.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ayxan Abbasov ilin sonuna kimi millidə qalır, sonra isə...
- Abdullah Zubir: “Ona görə də qol vurandan sonra Qurban Qurbanova tərəf qaçmalıyam”
- “Zirə” Utziqin gedişindən nə qədər qazanacaq?
- “Ferensvaroş” “Qarabağ”la oyundan öncə uduzdu
- “Qarabağ”ın qapıçısı üsyan etdi: “XXI əsrdə necə süni qazonda oynamaq olar?”
- “Sumqayıt”dan Santuşun iddiasına cavab: “Pasport probleminin bizə heç bir aidiyyəti yoxdur”
- Emin Mahmudov etdiyi jestdən danışdı: “Bu, dinlə bağlıdır”
- Elvin Bədəlov: “Rəqib təhlükə yaratmadan qol vurdu, qəribə, dəhşət bir şeydir”
- "Qarabağ" Macarıstana yollandı
- Ehtiram Quliyev: “Turan ruhu böyükdür, mən komandaya bu ruhu qaytarmaq istəyirəm”
- Rüfət Abdullazadə Xorvatiyada ilk qolunu vurdu
- Cordan Rezabala: “Azərbaycanın ən yaxşı və ən böyük klubuna gəlmişəm”
- Tovuz stadionunun son vəziyyəti
- “Ferensvaroş”un qapıçısı: “Qarabağ” “vaxt öldürmək” baxımından yaxşı iş gördü”
- Qurban Qurbanov: “Özlərini qeyri-peşəkar apardılar”
-
18:30
“Sumqayıt” - “Neftçi” oyunun biletləri satışda
-
18:14
“Neftçi”nin yeyilən haqqı: 1 epizod, 2 qayda pozuntusu, 0 penalti
-
17:46
I Liqada 3-cü turun oyun cədvəli açıqlandı
-
17:21
V turun hakim təyinatları açıqlandı
-
17:07
“Benfika”nın baş məşqçisi: “Başqa nəticə ola bilməz, qazanmalıyıq”
-
16:59
Qəbələdə bədii gimnastika üzrə turnir keçiriləcək
-
16:35
Azərbaycan klubu ukraynalını transfer edib
-
16:13
Pedro Pinto: “Neftçi” ilə oyunda azarkeşlərin dəstəyinə ehtiyacımız var”
-
16:00
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
-
15:42
Azərbaycan çempionatı keçirilib
-
15:24
"Şəki" amerikalı basketbolçu transfer edib
-
14:58
ACF-nin təşkilatçılığı ilə Bakıda seminar başa çatıb
-
14:36
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışa qatılacaqlar
-
14:01
Mikayıl Cabbarov dünya çempionatında medal qazanan güləşçiləri təbrik edib
-
13:47
"Kəpəz" 1000-ci oyununa çıxdı
-
12:56
NTD ilk yerli basketbolçu transferini reallaşdırıb
-
12:23
Azərbaycan ilə Litva arasında antidopinq sahəsində əməkdaşlıq genişləndirilir
-
12:00
"Şamaxı" üçün əlamətdar oyun
-
11:49
“Turan Tovuz”da ilk
-
11:35
Azərbaycan Kubokunun püşkü atılıb
-
11:12
Dördüncü uğursuz start
-
10:54
Murad Xaçayev: “Bu nədirsə, futbolla bağlı deyil...”
-
10:28
Ronaldo "Qızıl buts"a layiq görüldü
-
10:06
"Liverpul"dan son dəqiqə qolu VİDEO
-
09:47
“Qarabağ” Lissabona çatdı FOTOLENT
-
09:31
Derbini "Mançester Siti" qazandı VİDEO
-
22:38
"Neftçi"dən qolsuz bərabərlik VİDEO
-
22:00
Samir Abasov: “Əminliklə deyirəm ki, bizim qapımıza olsaydı, 100 faiz penalti veriləcəkdi”
-
20:55
"Şamaxı" qalib gəldi, "Neftçi"dən heç-heçə
-
20:01
"Onlardan yüz faiz razı deyilik"
-
19:39
"Şamaxı" 3 xalı 3 qolla qazandı VİDEO
-
19:12
Azər Həşimov: “Milyonluq futbolçular da səhv edir”
-
14:27
"Çelsi" qələbəni əldən verdi VİDEO
-
14:00
Roy Kehat: “Oyunlar bu cür ot örtüyü olan stadionlarda keçirildikcə...”
-
13:46
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:34
"Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlandı
-
13:15
"Napoli" "Fiorentina"ya şans tanımadı VİDEO
-
12:53
Kökçünün komandası qapısında 3 qol gördü
-
12:38
"Beşiktaş" sonda sevindi VİDEO
-
12:09
“Qarabağ”ın rəqibləri: 2-si qalib gəldi, 2-si uduzdu, 1-i heç-heçə etdi
-
11:52
"Borussiya"dan səfər qələbəsi VİDEO
-
11:27
Güləş üzrə 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək
-
11:16
"Bavariya"dan darmadağın VİDEO
-
11:00
Ozobiç: “Onların yaxşı komanda olması heç nəyi dəyişmir, səfərə 3 xal üçün gedəcəyik”
-
10:45
İsgəndərli Albaniya klubunda ilk qolunu vurub
-
10:34
Həmyerlimizin komandasından siftə
-
10:18
"Qalatasaray" 3 xalı 2 qolla qazandı VİDEO
-
10:03
Rüfət oynadı, komandası “Hayduk”u məğlub etdi
-
09:41
"Real"dan ardıcıl dördüncü qələbə VİDEO
-
09:29
Cəlal Hüseynovun komandası səfərdə xalsız qaldı
15.09.2025
14.09.2025













