20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Minifutbol

"Qarabağ"ın futbolçusu maşınla adam vurdu

Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Futbolxeber.az saytının publika.az-a istinadən verdiyi məlumata görə, Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisindən 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlu hər iki ayağının sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, piyadanı “Qarabağ” futbol klubunun qapıçısı, İslandiyanın futbol yığmasının əsas heyət üzvü 1984-cü il təvəllüdlü Hanner Halldorsson idarə etdiyi 10 UC 909 nömrə nişanlı “Wolksfagen Tuareg” markalı avtomobillə vurub.

Belə ki, gecə saatlarında klubun bazasından ayrılan və “Port Baku” kompleksində yaşadığı mənzilə gedən futbolçu maşının qarşısına çıxan piyadanı vurub. O, hadisə zamanı maşından düşərək yaralıya kömək edib və onu xəstəxanaya çatdırıb. Həkimlər yaralının həyatına təhlükənin olmadığını, lakin N.Eyvazovun uzun müddət yeriyə bilməyəcəyini deyiblər.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirib və izahatlar alıblar.

Faktla bağlı zəruri ekspertizalar təyin edilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30