Minifutbol
BÖYÜKlük QURBANda qaldı - YAZI
Deyirlər ki, insan gərək etdiyi səhvi etiraf edə. Hətta lazım gəlsə, səhvə yol verdiyi insandan üzr də istəyə. Buna görə də "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan üzr istəyirəm. Ona görə üzr istəyirəm ki, bugünədək (əslində cümə axşamınadək) Qurbanovu güclü məşqçi saymamışam. Çoxları ondan ağızdolusu danışdığı haqda, mən "Qarabağ"ın qazandığı uğurlarda futbolçuların Qurbanovdan daha böyük paya sahib olduqlarını düşünmüşəm. Həmişə zənn etmişəm ki, "Qarabağ" baş məşqçinin əməyinə görə yox, azərbaycanlı futbolçuların birliyinə görə uğur qazanır. Hesab etmişəm ki, əgər bir komandada Rəşad Sadıqov kimi lider futbolçu varsa, kənarda hansı məşqçinin dayanması elə də önəmli deyil.
Qurbanovu məşqçi kimi Azərbaycana tanıtdıran oyun "Rusenborq"la matç idi desəm, yəqin ki, yanılmaram. Amma mən həmin oyundakı möhtəşəm qələbəni Qurban Qurbanovun yox, Qarabağın adıyla bağlamışam. Mənə elə gəlib ki, Ağdamın işğal günündə meydana çıxan komanda qələbəyə məhkumdur. Hətta komandanın başında məşqçi olmasa belə. Necə ki, bəziləri iddia edir ki, "Barselona"nın baş məşqçiyə ehtiyacı yoxdur. Yox, "Qarabağ" "Barsa" deyil. Heç belə bir müqayisənin aparılmasını da bəyənmirəm. "Qarabağ" bizimdir. Yalnız bizim. Oynadığı sadə, amma məzmunlu, könülləri oxşayan futbolu ilə.
Elxan Məmmədovun bir müddət əvvəl verdiyi məlum açıqlamadan sonra çoxları yığmaya Qurbanovun gətirilməli olduğunu iddia edirdi. Lakin bu təkliflə razılaşmır, Rövnəq Abdullayevin dediyi kimi, Qurbanovun hələ milli üçün hazır olmadığını düşünürdüm. Bu cür yalnış fikirlərimi kifayət qədər uzada bilərəm. Amma bütün bu fikirlərin üstündən "Piast"la oyun xətt çəkdi. Yanıldığımı anladım. İlk növbədə ona görə ki, Qurbanov bu il avrokuboklarda üçüncü mərhələyə klub daşıyan yeganə məşqçi oldu (təbii ki, söhbət Azərbaycan klublarından gedir). Komanda 1 dəfə uğur qazanırsa, bunu təsadüf adlandırmaq olar. Necə ki, "Neftçi"nin timsalında buna şahid olduq. Lakin bir komanda 4-cü cəhdində də üçüncü mərhələyə kimi irəliləyirsə, deməli, bu artıq təsadüf yox, qanunauyğunluqdur. Bunu bacaran məşqçinin əməyini danmaq isə insafsızlıq olardı. Bütün bunlara görə Qurbanovdan onun məşqçi bacarığına şübhə ilə yanaşdığıma görə üzr istəyirəm!
Yanıldığımı "Piast"la oyunun gedişində anladım. Çünki yazının əvvəlində də dediyim kimi, "Qarabağ"ın uğurunu əvvəllər yerli oyunçuların çoxluğunda görürdüm. Amma bugünkü "Qarabağ"la əvvəlki komanda arasında fərq çoxdu. Bu gün heyətdə Rauf Əliyev, Vaqif Cavadov, Əfran İsmayılov kimi yerlilər yoxdur. Əvəzində Vardoviç, Riçard, Dos Santos, Kapolonqo, Corc Ley var və onlar azərbaycanlı deyillər. Deməli, burada söhbət yerlilərlə işləmək bacarığından getmir və Qurbanov əcnəbilərlə də uğur qazana bilir. Bir haşiyəyə çıxım. Ötən qışda "Qarabağ" "Anderlext"dən Reynaldo Dos Santosu transfer etdi. İçi mən qarışıq - bir çoxları bu transferə ağız büzdü. Hamı dedi ki, o, "Anderlext"də cəmi 2 oyun keçirib, 1 ildi futbol oynamır və s. və i.a. Bəlkə də düşündüklərimiz həqiqət idi. Amma yəqin ki, Qurbanov Dos Santosun qabında nəsə olduğunu görüb və onu yenidən əvvəlki formasına qaytara bilib. Çempionatın sonuna yaxın əla təsir bağışlayan Reynaldo "Piast"a qarşı baş tutan ikinci oyunda möhtəşəm idi. İlk qolda verdiyi məhsuldar ötürmə də öz yerində. O qola baxmaqdan doymaq olmur. Çünki şedevr idi. Əla hücum və super zərbə. Azərbaycan futbolu üçün yad bir tərzdə vurulan qol.
Qurban Qurbanov həm də komandanı Polşada vaxtında ayıltmağı bacardı. Çünki ardıcıl iki qoldan sonra başqa klubumuz olsaydı, yəqin ki vətənə 1:4, 1:5-lik yenilgi ilə qayıdardı. Amma Qurbanov fasilədə komandanı özünə qaytardı. Vaxtında edilən əvəzetmə - Kapolonqonun oyuna qoşulub, sonradan həyatı əhəmiyyət kəsb edən qola imza atması - bütün bunlar Qurbanovun məşqçi bacarığını nəticəsidir.
Hər zaman demişik ki, komandalarımızın (həm də baş məşqçilərin) gücü Avropada bilinəcək. Bilindi də. "Xəzər Lənkəran"da "torba tikmək" əməliyyatı oldu, "İnter" ikinci qola həsrət qaldı, "Neftçi"dən isə danışmağa dəyməz. Bir sözlə, "Qarabağ" və Qurban Qurbanov Azərbaycan futbolunda ən böyük olduqlarını sübuta yetirdilər.
Şahin ZÜLFÜQAROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
23:16
"Neftçi" hazırlıqları bərpa etdi FOTOLENT
-
22:45
"Zirə"nin legioneri əməliyyat olundu
-
21:59
Boksçumuz Avropa çempionu oldu
-
20:28
"Qarabağ"ın bugünkü məşqindən FOTOLENT
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
-
15:49
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
-
15:25
Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
-
14:54
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
-
14:38
Boks millimiz Avropa çempionatında rekorda imza atıb
-
14:17
Bakıda Formula 2 yarışının sıralama turuna start verilib
-
14:00
U-16 millimizin heyəti açıqlandı
-
13:41
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib
-
13:26
Elxan Səmədov İsgəndər Cavadovla görüşdü
-
12:53
Toral Bayramov: “Uşaqlara demişdim ki, çoxdandır uzaqdan qol vurmuram”
-
12:32
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
-
11:49
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Musa Qurbanlı: “Bu matçdan dərs çıxarmalıyıq”
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
-
09:47
Seneqallı voleybolçu Azərbaycan klubunda
-
09:21
Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd edilib FOTOLENT
-
09:00
Mahir Emreli: “Rəqib dişimizə görə idi”
-
23:29
Millimizin qələbəsi VİDEO
-
22:51
Ayxan Abbasovdan qələbə şərhi
-
22:30
İqor Angelovski: “Azərbaycan D divizionunda olmağa layiq deyil”
-
21:48
Millimiz Tacikistana qalib gəldi
-
20:56
"Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə start verib
-
20:24
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib
-
19:17
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
24.09.2026
23.09.2026
























