23 Aprel 2018, Bazar ertəsi
Etopaz-da bu gün 20 canlı oyun
“Qəbələ” öz meydanında qonaq olacaq
Rəşad Sadıqovun 7-ci çempionluğu
Kapitandan çempionluq şərhi

Maqazin

“Bakı”nın sabiq qapıçısı faciəli şəkildə dünyasını dəyişdi

"Bakı"nın keçmiş qapıçısı Mustafa Kamal Söyləməz faciəvi şəkildə vəfat edib.

Futbolxeber.az saytının məlumatına görə, o, Bakının Yasamal rayonunda kirayədə qaldığı mənzildə dəm qazından boğularaq ölüb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Azərbaycan vətəndaşı olan türk otaqda qaz sobasının sönməsi nəticəsində boğularaq ölüb. Qeyd edək ki, hadisə vaxtı 32 yaşlı türk evdə tək olub.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb. Dünyasını dəyişən Söyləməz Mustafa Kamalın meyiti basdırılmaq üçün Türkiyə Respublikasına göndəriləcək.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alan Mustafa Kamal Söyləməz akademiyanın son 3 ayda həyatını itirən 2-ci tələbəsidir. Hadisə ilə əlaqədar "Bakı" klubu başsağlığı mətni yayımlayıb. Mətndə deyilir: "Müxtəlif illərdə klubumuzun şərəfini qorumuş, hamının hörmətini və sevgisini qazanmış Mustafa Kamalın vaxtsız vəfatından hədsiz dərəcədə kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin, yerin cənnət olsun, gözəl insan!"

Qeyd edək ki, Mustafa Kemal Söylemez "Bakı"nın heyətində ötən mövsüm həvəskarlar liqasında forma geyinib. Türkiyə doğumlu tələbənin vəfatı barədə ilk xəbəri ölkə.az yazıb (sportnet.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2018
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30





Click to Visit