20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

İslandiya əhalisinin 20 faizi Rusiyaya yollanacaq

İslandiya əhalisinin 20 faizi ölkələrinin futbol üzrə milli komandasını 2018-ci il dünya çempionatında dəstəkləmək üçün Rusiyaya gələcək.
 
Futbolxeber.az-ın məlumatına görə, bu barədə TASS-a İslandiya Futbol Assosiasiyasının prezidenti Qundi Berqsson açıqlama verib. O, deyib ki, ölkəsi üçün ayrılan biletlərin 80 faizi satılıb: “İslandiya millisinin dünya çempionatındakı azarkeşləri Avropa çempionatındakından az olmayacaq. Ölkə əhalisinin 20 faizə yaxını mundiala gələcək. Bəziləri hətta bir oyun üçün məzuniyyətlərini Rusiyada keçirməyi planlaşdırırlar. Bu, çox gözəldir. Əminəm ki, Rusiyaya gedənlər oranın təbiətindən maksimum zövq alacaqlar və yerli əhalinin qonaqpərvərliyini görəcəklər”.
 
Qeyd edək ki, İslandiya əhalisinin sayı 330 min nəfərdir. Dünya çempionatının oyunları 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. İslandiyalılar Argentina, Xorvatiya və Nigeriya yığmaları ilə birgə D qrupunda yer alıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30