29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Minifutbol

Astorinin ölüm səbəbi rəsmən açıqlandı

“Fiorentina”nın kapitanı Davide Astorinin ölüm səbəbi açıqlanıb. Futbolxeber.az xəbər verir ki, martın 3-dən 4-nə keçən gecə Udinedəki otellərdən birində dünyasını dəyişən futbolçunun ölüm səbəbinin araşdırılması məqsədilə tibbi ekspertiza təyin edilmişdi.
 
Artıq xüsusi mütəxissislərin cəlb edildiyi araşdırmalar yekunlaşıb və prokurorluğun icazə kağızı ilə futbolçunun nəşi ailəsinə təhvil verilib.
 
Tibbi ekspertizanın yekun rəyi isə belə olub ki, Astorinin ölümündə hər hansı kənar təsir olmayıb. Öncədən də ehtimal edildiyi kimi, 31 yaşlı futbolçunun yatdığı yerdə ürəyi dayanıb. 
 
Lakin buna baxmayaraq, araşdırmalar qarşıdakı 60 gün ərzində də davam etdiriləcək.
 
Astorinin dəfn mərasimi martın 8-də Florensiyada həyata keçiriləcək. Ailəsinin tələbi ilə dəfn mərasimində hansısa foto və ya digər görüntünün qeydə alınmasına icazə verilməyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31