19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Minifutbol

"Milan"ın zərərləri iki dəfədən çox azalıb

İtaliyanın "Milan" klubunun 2017-ci ildə üzləşdiyi zərərlər əvvəlki illə müqayisədə 39,4 milyon avro azalıb.
 
Futbolxeber.az-ın məlumatına görə, bu barədə klubun yaydığı maliyyə hesabatında bildirilir. Həmin sənədə əsasən, ötən il "qırmızı-qaralar"ın zərərləri 22,3 milyon avro təşkil edib. Əvəzində klubun maliyyə dövriyyəsi 2,6 milyon avro artaraq, 110,8 milyon avroya çatıb. Ümumi borc isə 178,3 milyon avrodan 165,3 milyon avroya enib.
 
"Elliott Group"un istiqrazlar üzrə ödəmələri 2,5 milyon avrodan 9,8 milyon avroya yüksəlib. Lakin "Milan" rəhbərliyi "Bank of America Merrill Lynch"in köməkliyi ilə bu istiqrazın yenidən maliyyələşdirilmə məsələsini həll edib.
 
Qeyd edək ki, "Milan" İtaliya A Seriyasında 26 turdan sonra 44 xalla 7-ci pillədə qərarlaşıb. "Qırmızı-qaralar" İtaliya Kubokunda finala, Avropa Liqasında 1/8 finala yüksəlib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30