19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

Vaqif Sadıqov: "Böyükağa Hacıyevin səhhətində heç bir dəyişiklik yoxdur"

AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində heç bir dəyişiklik yoxdur.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə  komitənin sədri Vaqif Sadıqov məlumat verib. O bildirib ki, "Neftçi" və "Bakı" klublarının sabiq baş məşqçisi hələ də "Modern Hospital"n reanimasiya şöbəsindədir. Onun sözlərinə görə, həkimlər onun ürəyini bərpa etmək üçün çalışsalar da, istədikləri nəticəni əldə edə bilmirlər.
 
Sədr B.Hacıyevin ürəyinə qan dövranının hələ də 20 faiz daxil olduğunu və səhhətindəki digər problemlərin ürəyin bərpasına mane olduğunu söyləyib. V.Sadıqov həmçinin komitə üzvünün səhhətinin AFFA-nın diqqətində olduğunu sözlərinə əlavə edib.
 
Qeyd edək ki, Böyükağa Hacıyev fevralın 8-də infarkt keçirib. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stend qoyulub.

report.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30