25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Minifutbol

Böyükağa Hacıyev bu gün evinə buraxılacaq

AFFA Məşqçilər Komitəsinin üzvü, "Bakı" və "Neftçi" klublarının sabiq baş məşqçisi Böyükağa Hacıyev müalicə aldığı Mərkəzi Klinik Xəstəxanadan bu gün evinə buraxılacaq. 
 
Futbolxeber.az saytının verdiyi məlumata görə, bu barədə xəstəxananın Kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimov məlumat verib. 
 
Onun sözlərinə görə, artıq B.Hacıyevin vəziyyətində sabitlik yaranıb: "Böyükağa müəllim xəstəxanamıza çox ağır diaqnozla daxil olmuşdu. Buna baxmayaraq, onun ürəyinə iki stend qoyaraq, vəziyyətində sabitlik yarada bildik. Artıq hərəkətliliyi var, çətinliklə də olsa, danışa bilir. Sadəcə, əvvəlcədən başqa xəstəliyi də olduğu üçün onun müalicəsini də davam etdirməlidir. Bu məqsədlə biz pasiyentimizi evinə yazacağıq və o, həmin xəstəliyini öz həkimlərinin yanında davam etdirəcək". 
 
Qeyd edək ki, Böyükağa Hacıyev Mərkəzi Klinik Xəstəxanaya fevralın 7-də kardiogen şok vəziyyətində yayılmış infarkt diaqnozu ilə daxil olub. Onun ürəyinə iki stend qoyulub. B.Hacıyevin beynində şiş olduğu üçün həkim nəzarəti altında olması zəruridir.

Report


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30