25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Minifutbol

Məşhur futbolçuya 16 ay həbs cəzası

İngiltərənin “Mançester Yunayted” klubunun bu qış heyətinə qatdığı, Çili yığmasının da şərəfini qoruyan hücumçu Aleksis Sançes 16 ay həbs cəzası alıb. Futbolxeber.az saytının verdiyi məlumata görə, buna ulduz futbolçusunun İspaniyanın “Barselona” klubunda oynadığı dövrdə vergidən yayınması səbəb olub. 
 
Bununla bağlı keçirilən məhkəmə prosesində futbolçu vergidən bilərəkdən yayındığını etiraf edib. 29 yaşlı futbolçu 2012 və 2013-cü illərdə imic gəlirlərindən təxminən 1 milyon avronu İspaniya hökumətindən gizlədib.
 
Bu üzdən də məhkəmə futbolçuya 16 ay həbs cəzası kəsib. Lakin onun bu cəzası şərti xarakteri daşıyır. Belə ki, Sançes faizi ilə birgə 1,5 milyon avronu İspaniya hökumətinə ödəməklə həbsdən qaçmağa nail olub. Lakin ona qarşıdakı iki il sınaq müddəti kimi təyin olunub. Bu müddətdə o, oxşar hərəkətə yol verməməlidi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30