24 Sentyabr 2018, Bazar ertəsi
UEFA-dan “Qarabağ”a 4 milyon avro
Daha bir cüdoçumuz medalsız qaldı
Almeydanın “Astana”dakı ilk qolu
Millimiz Qazaxıstana uduzdu

Maqazin

Böyük futbola gedən yol məhəllədən başlayır

“Böyük futbola gedən yol məhəllədən başlayır” prinsipinə əsaslanaraq, sağlam həyat tərzinin təbliği və uşaqların futbola marağının artırılması məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən “Məhəllə futbolu” layihəsinə 2016-cı ildə start verildi. Layihə cərçivəsində futbol oynamaq üçün heç bir şəraiti olmayan həyətdə bir ay müddətində bir səyyar futbol meydançası quraşdırılır.
 
 
 
Ötən ilin yay aylarında Bakının məhəllələrində tətbiq edilmiş layihə bu ildən etibarən “PASHA Insurance”nın dəstəyi ilə Bakıda və digər şəhərlərimizin məhəllələrində davam edir.
 
 
 
Səyyar meydançaların əhalinin istifadəsinə pulsuz verilməsi ilə yanaşı, meydançalarda AFFA-nın təyin etdiyi məşqçilər tərəfindən pulsuz futbol dərsləri də keçirilir. Əhalinin futbola marağını artırmaq üçün mütəmadi olaraq milli komandalarımızın üzvləri meydançaları ziyarət edir və məhəllə sakinləri ilə birgə futbol oynayırlar.
 
Bu il “Məhəllə futbolu” layihəsi mart ayında Şəki şəhərindən start götürdü və daha sonra Bakının 4 məhəlləsində davam edib.
 
1. Şəki şəhəri 19 saylı məktəbin həyəti
2. Zabrat qəsəbəsi 192 saylı məktəbin həyəti
3. Bakcell Arena Stadionunun məhəlləsi
4. Əhmədli qəsəbəsi, Nəsrəddin Tusi küçəsi
5. Dəyanət Vəqfi Bakı Türk Liseyi
 
 
 
 
 
 
 
 
 
Ümumilikdə 9 ay ərzində 2 minə yaxın insan səyyar meydançada futbol oynayıb:
 
Meydançanın quraşdırılması üçün bir neçə şərti nəzərinizə çatdırırıq:
 
1) Meydança şəkildə gördüyünüz ölçülərə tam uyğun olmalıdır;
 
 
 
2) Meydança quraşdırılacaq ərazinin səthi düz olmalıdır;
3) Quraşdırılan meydança məhəllə sakinlərini narahat etməməli, məhəllə sakinləri və avtomobillərin hərəkətinə maneə törətməməlidir;
4) Məhəllədən 1 nəfər məsul şəxs quraşdırılan meydança və təqdim olunan avadanlıqlara cavabdeh olmalıdır.
 
Əgər meydançanın sizin məhəllənizdə də quraşdırımasını istəyirsinizsə, AFFA-nın rəsmi Facebook səhifəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – AFFA və ya [email protected] ünvanı vasitəsilə müraciət edə bilərsiniz. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30





Click to Visit