15 Dekabr 2018, Şənbə
Ərsun Yanal yenidən "Fənərbaxça"da
“Bu gün futbolçularımdan razı qaldım”
“Qarabağ” "Arsenal"a uduzdu
Prezident Mircavadovu mükafatlandırdı

Maqazin

TOPAZ - etibarlı uduşun ünvanı

2010-cu ildə Azərbaycan idman bazarında -  idman mərc oyunları rəsmi şəkildə keçirilməyə başladı. Həmin vaxt TOPAZ əmtəə nişanı ilə “Azərinteltekt” səhmdar cəmiyyəti yarandı.

Buna kimi Azərbaycanda idman mərc oyunları heç bir hüquqi bazası olmayan şəxslər tərəfindən həyata keçirilirdi. Əgər buna idman mərc oyunları keçirilməsi demək mümkündürsə...

Həmin dövrdə ayrı-ayrı şəxslərin keçirdikləri mərclər, mərcdə iştirak edib və qazananlar üçün böyük bir iztiraba çevrilirdi, udduqları mərcin ödənişini əksər hallarda ala bilmirdilər. Bu isə mərcdə iştirak edən şəxslərin maddi durumunun pisləşməsinə gətirib çıxarırdı. Vəziyyət o qədər acınacaqlı idi ki, qeyri-qanuni mərclərin ucbatından ailələr dağılır, neçə-neçə insan intihara əl atırdı.

Həmin oyunları təşkil edənlərin niyyətləri əlbəttə ki, mərcdə iştirak edənlərin etibarını qazanıb, külli miqdarda pul qazanmaq idi. Bunu isə onlar xarici bukmeyker kontorları vasitəsi ilə həyata keçirirdilər. Əlbəttə ki, xarici bukmeyker kontorları üçün maraqlı olan pul idi. Onlar üçün bu pulun kim tərəfindən gəlməsi elə də önəmli deyildi. Adətən qanunsuz mərc oyunlarını təşkil edənlərin özlərinin bukmeyker kontorlarında hesabı mövcud idi və uduşlar da “təşkilatçı”ya gəlirdi.

Oyunu faktiki təşkil edənlər ağılsız deyildilər və qanunvericilikdə olan boşluqdan məharətlə istifadə edirdilər. Dəfələrlə mərci udan, amma pulunu ala bilməyən şəxslər tərəfindən hüquq-mühafizə orqanlarına edilən müraciətlər müsbət həllini tapmırdı. Tapa da bilməzdi. Qeyd etdiyim kimi, qanundakı boşluqlar oyunu udanların əlehinə idi.

Buna son qoyulmalı idi. Ilk olaraq qanunvericilikdəki boşluğu aradan qaldırmaq lazım idi. 2009-cu ildə “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası qanunu qəbul edildi. Həmin qanuna əsasən, idman mərc oyunlarını müvafiq icra hakimiyyətindən akkreditasiyadan keçəndən sonra həyata keçirmək mümkündü.

Bundan sonra bir neçə qanunvericilik aktlarında dəyişiklik edildi və mərc oyununda iştirak edən şəxslərin uduşuna dövlət tərəfindən zəmanət verildi.

Qanunvericilikdəki dəyişikliklərdən sonra bəzi şəxslər oyun qaydalarını bilmədən oyunda iştirak etməyə başladılar və qaydalara üyğun olaraq ödənilməyən məbləği məhkəmə qaydasında tələb edirdilər. Buna səbəb isə qanunvericilik aktları qəbul edilənə kimi primitiv formada aparılan təbliğat idi.

Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 avqust 2010-cu il tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nı vətəndaşlar tərəfindən mənimsənilməməsi “qara bazar” iştirakçılarının işinə yarayır.

Baxmayaraq ki, “qara bazar” iştirakçıları həm cinayət, həm də inzibati qaydada məsuliyyət daşıyırlar, bununla belə qanunsuz fəaliyyətlərindən imtina etmək istəmirlər.

Bunun isə bir çıxış yolu var, idman mərc oyunların keçirilməsinə dair qanunvericiliyin TOPAZ tərəfindən təbliğatı.

Mehman MURADLI




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31





Click to Visit