20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

“The Daily”: “Qarabağ” Ağdam sakinləri üçün ümid mayakı kimi parlayır”

Azərbaycanın "Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxması özlüyündə böyük hadisə olsa da, əldə etdiyi nəticələrlə müqayisədə beşqat Azərbaycan çempionunun tarixi daha genişdir.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə ABŞ-ın Vaşinqton Universitetinin "The Daily" tələbə qəzetində dərc olunan məqalədə deyilir.

Müəllif Endi Yamasita 1993-cü ilin iyunundan Ağdamda doğma meydanında oynaya bilməyən Azərbaycan klubunun - dünyada azsaylı "qaçqın-klub"lardan birinin kədərli tarixindən bəhs edib.

Məqalədə bildirilir ki, 1951-ci ildə Ağdamda əsası qoyulan "Qarabağ" 1992-ci ildən müntəzəm olaraq Azərbaycan Premyer Liqasında çıxış edir.

Müəllif yazır ki, SSRİ-nin süquta uğramasından sonra Dağlıq Qarabağda erməni separatçıları və azərbaycanlılar arasında münaqişə baş qaldırdı və bu regionda gərginlik hələ də yüksəkdir.

E.Yamasita müharibə vaxtı Ağdam stadionunun bir neçə dəfə bombardmana məruz qaldığını da qeyd edib: "Ağdam 1993-cü il iyunun 23-də erməni separatçıları tərəfindən işğal olundu. Həmin il "Qarabağ" ilk dəfə Azərbaycan çempionu olub. Bu onların evlərini itirməsinə və şəhərlərinin dağıdılmasına görə kiçik "təzminat" idi. Ağdam hələ də "ruhlar şəhəri"dir".

Qeyd olunur ki, hazırda yarışdığı Çempionlar Liqasında qrupdan çıxma şansı az olsa da, "Qarabağ" Avropanın güclü komandaları ilə oynamaq gücündə olduğunu göstərdi:

"Doğma meydansız qalan bu komanda Ağdam sakinləri üçün ümid mayakı kimi parlayır. Onlar klubu sevimli şəhərlərinin son xatirəsi hesab edirlər" (trend.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30