25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Minifutbol

Riçard Almeyda: “Bakıda qoyun əti yeməkdən bezmişəm”

“Azərbaycan millisində Şimali İrlandiyaya qarşı oyunla debüt etdim. Başqa yığmada oynasam da,  özümü rahat hiss edirəm”.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumana görə, bu sözləri millimizin və “Qarabağ”ın futbolçusu Riçard Almeyda Braziliya mətbuatına deyib.

Braziliyalı yarımmüdafiəçi bildirib ki, millimizdə oynamaqdan məmnundur: “Mənə, həm “Qarabağ”da, həm də millidə kifayət qədər yaxşı hörmət var. Maliyyə baxımından da burada xoşbəxtəm. Amma xoşbəxtliyim təkcə pula görə deyil. Ailəm və yaxınlarım üçün da Bakıda yaşamaq çətin deyil. Buranın insanları təvəzökardır və xarici vətəndaşlara daim kömək etməyə hazırdırlar”.

R. Almeyda komandamızın DÇ-2018-in seçmə mərhələsinin son oyununda Almaniyaya 1:5 hesablı uduzduqları matç barədə də danışıb: “Almaniya dünya çempionatının yarımfinalında Braziliyanı 7:1 hesabı ilə udmuşdu. Həmin vaxt hamı onu yuxu sayırdı, amma gerçək idi. Almaniya ilə oyundan sonra komanda yoldaşlarıma biz 5-ni buraxdıq, Braziliya 7 qol buraxmışdı dedim.  “Qarabağ”la isə “Çelsi” kimi böyük komandaya qarşı oynamaq imkanım var. Bu xəyallardır və gerçəkləşir. Çempionlar Liqasında çıxış etmək başqa hisdir”.

R.Almeyda onu da qeyd edib ki, ingilis dilini bilmədiyim üçün Azərbaycanda əvvəl problemlərlə üzləşib: "Tərcüməçim də olmadığı üçün “google translate”dən istifadə edirdim. Lakin uyğunlaşma dövrü sürətlə keçdi və özümü indi əla hiss edirəm. Futbolunsa dili yoxdur. Meydana çıxıb oynamalısan. Burda ən böyük problemim ətlə bağlıdır. Ən çox istifadə edilən qoyun əti yeməkdən bezmişəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30