19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

AZAL "Atletiko"ya niyə "Qarabağ" təyyarəsi ayırdı?

Azərbaycan Hava Yolları (AZAL) QSC İspaniyanın "Atletiko" klubuna Bakıya səfər üçün üzərində "Qarabağ" sözü yazılmış təyyarə ayırmalarının səbəbini açıqlayıb.

Bu barədə "Report"un sorğusunu AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski cavablandırıb.

P.Kəsəmənski bildirib ki, çarter reysi barədə razılıq əldə olunduqdan sonra AZAL Madridə məhz “Qarabağ” adlı hava gəmisini göndərməyı qərara alıb. Səbəb isə həmin hava gəmisinin sifarişçinin bütün tələblərinə cavab verməsi olub.

"Atletiko" Bakıya "Qarabağ"la Çempionlar Liqasının III tur matçında qarşılaşmaq üçün gəlib. Ötən gün Madriddəki "Baraxas" Hava Limanından səmaya qalxan təyyarə 6,5 saatlıq uçuşdan sonra saat 22:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. "Airbus A340 500" markalı hava gəmisi 237 nəfərlikdir. Burada oyunçular üçün uzun səfər boyunca əlverişli biznes-zona, istirahət imkanı var. Təyyarə saatda 890 km sürətə və 15742 metr hündürlükdə uçuş imkanına malikdir. Hava gəmisinin ön hissəsində isə Azərbaycanın üçrəngli bayrağının altında "Qarabağ" sözü yazılıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu sabah saat 20:00-da başlayacaq.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30