28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

İsgəndər Cavadovun oğlu avtoxuliqanlıq etdi

Azərbaycanın veteran futbolçusu İsgəndər Cavadovun oğlu avtoxuliqanlıq etdiyinə görə saxlanılıb.
 
Futbolxeber.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakının Nəsimi rayonunda qeydə alınıb. Cavadov Cavad İsgəndər oğlu idarə etdiyi 10 HB 009 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobillə işıqforun qırmızı işığından keçib. Sürücü Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, C.Cavadov yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozub.
 
Sürücü C.Cavadov inzibati məsuliyyətə cəlb edilib. Avtomobili isə cərimə meydançasına yerləşdirilib. C.Cavadov izahatı alındıqdan və cərimələndikdən sonra sərbəst buraxılıb.
 
Qeyd edək ki, İsgəndər Cavadov AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyalarının prezidentidi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31