28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

UEFA Bəhram Bağırzadəni Zabit Səmədovla əvəzlədi

UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan klublara azarkeşlik edən məşhur adamların siyahısında dəyişiklik edib.
 
Futbolxeber.az-ın xəbərinə görə, qitənin ali futbol qurumunun saytı əvvəlcə “Qarabağ”ın azarkeşi kimi təqdim etdiyi Bəhram Bağırzadəni siyahıdan çıxarıb, onun yerinə isə kikboks üzrə dünya çempionu Zabit Səmədovun adını daxil edib.
 
Qeyd edək ki, “Neftçi”nin Müşahidə Şurasının sabiq üzvü və bu komandanın azarkeşi kimi tanınan B.Bağırzadənin adının bu siyahıda yer alması ölkəmizdə birmənalı qarşılanmamışdı. Səhvini tez anlayan UEFA məşhur aktyorun adını siyahıdan çıxarmışdı. Ümumiyyətlə həmin məqalədə “Qarabağ”la bağlı abzas da yığışdırılmışdı.
 
Az əvvəl isə yazıda “Qarabağ”la bağlı hissə bərpa edilib və komandanın azarkeşi kimi Zabit Səmədovun adı göstərilib.
 
“Zabit Səmədov “Qarabağ”ın azarkeşlərindəndir. O, qrup oyunlarından əvvəl özünün İnstagram səhifəsində “Qarabağ”ı dəstəkləyən mesajlar paylaşır” – deyə UEFA-nın yazısında bildirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31