19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Minifutbol

Bəhram Bağırzadə: "Kim mənim "Qarabağ" azarkeşi olmadığımı UEFA-ya yazıbsa..."

Azərbaycanın tanınmış aktyoru Bəhram Bağırzadə adının Çempionlar Liqasının qrup mərhələsindəki komandaların məşhur fanatları siyahısından çıxarılmasına münasibət bildirib.
 
"Bakılı oğlanlar" ŞHK-nın keçmiş üzvü açıqlamasında UEFA-nın bu addımının təsadüfi olmadığını bildirib. B.Bağırzadə onun məşhur fanatlar siyahısına salınmasına etiraz edənləri günahlandırıb: "Kim mənim "Qarabağ" azarkeşi olmadığımı UEFA-ya yazıbsa, Allah canını sağ eləsin. Bu məsələdən o qədər danışdılar ki, axırda adımı da siyahıdan çıxardılar. Başqa cür necə ola bilərdi? Sanki ötən əsrin 30-cu illəridir, donos yazırlar. Bəhramın adının məşhur fanatlar siyahısından çıxarılmasına ən çox sevinənlər ermənilərdir. Onların KVN komandasını 1992-ci ildə məğlub edən "Bakılı oğlanlar"ın üzvünün məşhur fanatlar siyahısından çıxarılmasına gülürlər. Amma bunlar mənim üçün xırda şeylərdir. Sadəcə, adama qəribə gələn odur ki, niyə özümüz belə əməllərə əl atırıq?! Paxıllıq kişilərə yox, qadınlara məxsusdur".
 
Komediya aktyoru, bununla yanaşı bildirib ki, daxili yarışlarda "Qarabağ"ın yox, "Neftçi"nin azarkeşidir. O, Ağdam komandasını dəstəkləməsini belə əsaslandırıb: "Hazırda elə məqamdır ki, hamımız Qarabağ ətrafında - istər torpaq, istərsə də komanda anlamında sıx birləşməliyik. Bu gün nəinki Bakı Olimpiya Stadionundakı 70 min tamaşaçı, hətta Azərbaycanın 10 milyonluq əhalisi "Qarabağ" deyəcək. Erməniləri yenərək, "Əsrin çempionu" olmağımız, aprel döyüşlərindəki qələbə bizə öz torpaqlarımızı qaytarmağa hazır olduğumuza dair böyük ümidlər bəxş etmişdi. Bu gün həmin ümidləri "Qarabağ" komandası yaşadır. Mən də hamı kimi "Qarabağ" deyirəm".
 
Qeyd edək ki, Çempionlar Liqasındakı komandaların məşhur fanatları arasında siyasətçi və idmançılarla yanaşı, incəsənət ulduzlarından Madonna, Monika Belluççi və Luçano Pavarotti də var. UEFA Bəhram Bağırzadəni "Qarabağ"ın məşhur fanatı kimi təqdim etsə də, sonradan onun adını siyahıdan çıxarıb. 

report


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30