19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Minifutbol

“İnter”də maaş davası: Svanazde ortada qalıb

Bakı “İnter”inin başı üzərindən qara buludlar çəkilmək bilmir.
 
Futbolxeber.az saytının məlumatına görə, paytaxt təmsilçisində maliyyə problemi davam edir.
 
Mövsümün əvvəlində AFFA-nın nəzarəti altına keçən “İnter”də ilk vaxtlar hər şey qaydasında olsa da, vəziyyət yenidən gərginləşib. Belə ki, futbolçular artıq 2 aydan çoxdu pul üzü görmürlər. İyul və avqust ayının maaşlarını almayan oyunçulara rəhbərlik hər dəfə “bu gün - sabah” sözünü versə də, vədlər yerinə yetirilmir.
 
Komandanın cari mövsümə uğursuz start götürməsi də məhz bundan qaynaqlanır. Artıq rəhbərliklə bəzi futbolçuların münasibəti də gərginləşib. Xüsusən də, bir neçə təcrübəli oyunçunun etirazını bildirməsi klub rəhbəri Zaur Axundovun ürəyincə olmayıb.
 
Yaranan gərginlik baş məşqçi Zaur Svanadzenin də ortada qalmasına səbəb olub. Gürcüstanlı mütəxəssisin bu məsələdə rəhbərliyin tərəfini tutması futbolçularla münasibətinin pozulmasına gətirib çıxarıb.
 
Qeyd edək ki, “İnter” Premyer Liqanın ilk 5 turunda 7 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31