28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

Ronaldo məhkəmə qarşısına çıxdı

“Real”ın hücumçusu Kriştianu Ronaldo hakim qarşısına çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, vergidən yayınmaqda ittiham edilən portuqaliyalı futbolçu Madrid məhkəməsində ifadə verib.

32 yaşlı superulduz 2011-2014-cü illər ərzində 14,7 milyon avro dəyərində vergidən yayınmaqda günahlandırılır. Prokurorluq İspaniyadakı biznesindən qazandığı pulun vergisini ödəmədiyi üçün Ronaldonun həbsini tələb edir.

Portuqaliya yığmasının üzvü 1 saat yarım vaxt ərzində hakim qarşısında özünü müdafiə edib. Məhkəmədən sonra futbolçu jurnalistlərin suallarını cavablandırmadan oradan ayrılıb. Ronaldonun bununla bağlı mətbuat konfransı keçirməsi gözlənilir.

Kriştianunun günahı sübuta yetirilərsə, o, 3,5 il müddətinə həbs cəzasına məruz qala bilər.

Qeyd edək ki, “Barselona”nın futbolçusu Lionel Messi də eyni səbəbdən 21 aylıq həbs cəzası almış, lakin 252 min avro təzminat ödəyərək, canını qurtarmışdı.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31