19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Minifutbol

Azərbaycanlı jurnalistlərlə polyak azarkeşlər arasında təyyarədə söz atışması

"POLYAK FANATLARA DEDİM, SİZ TƏYYARƏDƏ BAĞIRIN, SABAH İSƏ MƏN VƏ "QƏBƏLƏ"NİN ƏSL FANATLARI SİZİN SƏSİNİZİ STADİONDA BATIRACAĞIQ”

Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Qəbələ” - “Yagelloniya” matçının diktoru, tanınmış idman jurnalisti İlkin Fikrətoğlu ilə Bakıya gələn polşalı azarkeşlər arasında söz atışması olub.

Futbolxeber.az saytının məlumatına görə, qol.az-ın müxbiri ilə söhbətində İ.Fikrətoğlu hadisənin Kiyev - Bakı təyyarə reysində baş verdiyini deyib:

“Dünən dostum və həmkarım Elnur Məmmədli ilə Kiyevdən Bakıya polyak fanatlarla eyni təyyarədə gəldik. 30-35 nəfər olardılar, səs-küyləri təyyarəni götürmüşdü. 3 saatlıq uçuş boyu bir dəqiqə də sakit dayanmadılar. Sərnişinlərin narazılığı, stüardessaların xəbərdarlığı belə onlara təsir etmədi. Aralarında rus dilini bilən bir neçə nəfər - Adam, Artur, Yakub və başqaları var idi. "Qəbələ" haqda yetərincə məlumat toplamışdılar. Yeni transferlər, son yoxlama oyunları, ardıcıl iki il qrupda oynamaları və sair. Rəqibin sıradan biri olmadığının fərqindədilər. Amma təbii ki, öz komandalarına inanıb o qədər yolu Polşadan Bakıya gəlirdilər. Onlara "Qarabağ"ın "Visla" və "Şlensk" üzərindəki qələbələrini xatırladıb qıcıqlandırmağa çalışdıq. Veclərinə də olmadı, hətta sevindilər ki, yaxşı edib "Visla"ya qalib gəlmisiz. Onları yalnız öz klubları - 40 illik tarixi ərzində hələ ki, çempion ola bilməyən "Yagelloniya" maraqlandırır. Polyak fanatlara dedim, sabahkı oyunun stadionda diktoru mənəm, siz burada təyyarədə bağırın, sabah isə mən və "Qəbələ"nin əsl fanatları sizin səsinizi stadionda batıracağıq. İnşallah, "Qəbələ" bizi peşman etməz..” - deyə İ.Fikrətoğlu bildirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30