20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

Futbolxeber.az Media Komitəsinə etiraz edir: Elxan Məmmədova açıq məktub

Hörmətli Elxan müəllim!

Bir neçə gün əvvəl AFFA Yanında Media Komitəsinin İdarə Heyətinin üzvü Elçin Cəlilov istefa verdi və vakant yerə yeni namizədlərin müraciətlərinin qəbulu elan olundu.

Futbolxeber.az saytı olaraq əməkdaşımız Fərəc Aslanovun namizədliyini irəli sürdük. Bundan dərhal sonra Media Komitəsinin idarə heyətində yer alan üzvlərdən bəziləri mənimlə əlaqə saxlayaraq, fikrimi dəyişməyi və özümün namizədliyimi irəli sürməyimi təklif etdilər. Lakin mən işlərimin çoxluğunu əsas gətirərək, ən əsas da Elçin Cəlilovun yerinə seçilmək istəmədiyimi bildirərək Futbolxeber.az saytının namizədinin Fərəc Aslanov olduğunu bəyan etdim.

Dünən - iyunun 20-dən 21-nə keçən gecə 00:00-da Media Komitəsinin feysbuk səhifəsində yerləşdirilən elanda bəyan edildi ki, Fərəc Aslanovun ali təhsili olmadığı üçün onun namizədliyi qeydə alınmayıb.

Bu isə gülünc qərar, Media Komitəsinin əsasnaməsinin kobud şəkildə pozulmasıdır. Çünki əsasnamədə İdarə Heyətinə üzv olmaq istəyən şəxsin ali təhsilli olması ilə bağlı hər hansı bir bənd yoxdur. Üstəlik, mən daha əvvəl seçkiyə qatılmışam və heç kim məndən ali təhsilimin olub-olmadığını soruşmayıb.

Dediklərimizin sübutu olaraq əsasnamədən həmin hissəni paylaşırıq:

4. MEDİA KOMİTƏSİNİN STRUKTURU VƏ FƏALİYYƏTİNİN TƏŞKİLİ:

4.5. İdarə Heyətinin tərkibinə idman mətbuatı orqanlarının üzvləri seçilə bilərlər. İdarə Heyəti üzvlərindən 1 (bir) nəfərin namizədliyi AFFA tərəfindən verilir.

Göründüyü kimi.

1) AFFA yanında Media Komitəsinə istənilən üzvün seçilmək hüququ var.

2) AFFA yanında Media Komitəsinin Əsasnaməsini dəyişmək hüququna yalnız və yalnız AFFA-nın İcraiyyə Komitəsinin səlahiyyətləri çatır.

ƏN ƏSASI İSƏ HAZIRDA MEDİA KOMİTƏSİNİN İDARƏ HEYƏTİNDƏ YER ALANLARIN HEÇ DƏ HAMISININ DİPLOMU YOXDUR. BU FAKTIN DOĞRULUĞUNA 100-DƏ 100 ƏMİNİK.  Yox, kimsə əksini iddia edirsə, buyursun.

Hörmətli Elxan müəllim!

Media Komitəsinin İdarə Heyəti geridə qalan müddətdə dəfələrlə Futbolxeber.az saytına qarşı qərəzli mövqe nümayiş etdirib. Xatırlayırsınızsa, bir müddət əvvəl Layihə qalibi olan saytımıza çatacaq məbləğ heç bir əsas olmadan, yalnız və yalnız haqlı şəkildə Media Komitəsinin idarə heyətinə etiraz etməyimiz səbəbindən kəsilmişdi. Bununla bağlı Sizə müraciət etmişdik və yalnız ondan sonra məsələ qismən xeyrimizə həll olunmuşdu.

Hörmətli Elxan bəy!

Yuxarıda yazılanları rəhbər tutaraq AFFA yanında Media Komitəsinin İdarə Heyətinə vakant qalan posta seçkilərin qeyri-müəyyən müddətədək təxirə salınmasını və İdarə Heyətinin bütün üzvlər tərəfindən qəbul olunmuş Əsasnaməyə hörmətlə yanaşmasına nail olmağı xahiş edirəm.

Hörmətlə,

İBRAHİM CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30