25 Aprel 2024, Cümə axşamı
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi

Minifutbol

“Mənim “Son zəng”im hələ çalınmayıb”

Bu gün Azərbaycanın orta ümumtəhsil məktəblərində sonuncu dərs günüdür. Futbolxeber.az-ın məlumatına görə, təhsil ocaqlarında “Son zəng” qeyd olunur. 
 
Yəqin ki, hamının məktəblə, sonuncu zənglə bağlı unudulmaz, xoş xatirələri var. Bəs “Kəpəz”in futbolçuları “Son zəng”i  necə xatırlayır? Klub saytı bu sualla komandanın bir neçə oyunçusuna müraciət eedib:
 
Şəhriyar Rəhimov: “Mən məktəbi 2006-cı ildə bitirmişəm, həmin vaxt “Son zəng” tədbiri mayın 25-də qeyd olunurdu. 11-ci sinifdə U-17 yığması ilə səfərlərdə çox olmuşam. Təlim-məşq toplanışları, oyunlar çox olurdu. Amma buna baxmayaraq “Son zəng”ə gedə bildim. Son dərs günü olsa da, hamının başı tədbirə qarışıq olur. Şagird kimi məktəbdə son günümüz idi. Müəllimlər bizə arzularını çatdırdılar, biz də onlara hər şeyə görə təşəkkür etdik. Hamı bir-biri ilə olduqca mehriban idi. Həmin an adam məktəbi bitirdiyinə görə kədərlənir. Aşağı siniflərdə oxuyanda deyirdik ki, kaş məktəbi tez bitirərdik. Amma “Son zəng”də başqa cür fikirləşirdik. Sanki məktəbin qədrini adam həmin gün daha çox bilir. Kaş böyüməyəydik, məktəbli qalardıq (gülür)”.
 
Novruz Məmmədov: “2007-ci ildə məktəbi başa vurmuşam. Başımız o qədər futbola qarışıb ki, “Son zəng” yaddan çıxıb (gülümsəyir). Məktəbi bitirməyimdən artıq 10 il keçib. Məktəbin həyətində tədbir təşkil olunmuşdu, o ki var uşaqlarla oynadıq, dedik-güldük. Hamımız sevinirdik. Məktəb illəri unudulmaz olur, orta səviyyədə oxuyan olmuşam. Bir neçə sinif yoldaşımla məktəbdən başlayan dostluq münasibətləri bu gün də davam edir”.   
 
Davud Kərimi: “2000-ci ildə Göyçayda 4 nömrəli məktəbi bitirmişəm. Həmin vaxt “Son zəng” mayın 25-də keçirilirdi, indi amma vaxtı dəyişib. İyunun 14-də məktəblərdə sonuncu dərs günüdür. “Son zəng”i heç xatırlamamaq olar? 11-cilər olaraq biz arxa cərgədə durmuşduq, önümüzdə isə 1-ci sinifin şagirdləri düzülmüşdü. Uşaqlar bizə gül dəstələri verdilər, biz isə onlara hədiyyələr bağışladıq. Boyum hündür olsa da, məndən də hündür olan sinif yoldaşım vardı, sonuncu zəngi çalan uşağı o çiyninə götürmüşdü. Bizdən ayrıldıqları üçün həm sevinən, həm də kədərlənən müəllimlərimiz vardı. Məktəbdə nadinc olduğum üçün əksər müəllimlər mənim məktəbi bitirməyimə görə bəlkə də daha çox sevinirdilər. Onu deyim ki, futbolçu kimi yığma üzvü olduğumdan yadda qalan, xatırlanan şagird olmuşam”.
 
Kərim Diniyev: “Məktəbi 2011-ci ildə bitirmişəm, amma “Son zəng”də iştirak edə bilməmişəm. Çünki U-17 yığmasının tərkibində xaricdə olmuşam. “Son zəng” tədbirində iştirak etmədiyim üçün təəssüflənirəm. Belə demək mümkündürsə, mənim “Son zəng”im hələ çalınmayıb (gülür). Hər bir insanın həyatında bu günün xüsusi yeri olur. Məktəb illəri ən şirin illərdir. Mən 7-ci sinfə qədər yaxşı oxumuşam, əlaçı olmuşam. Riyaziyyatdan başqa bütün fənləri yaxşı bilmişəm. Amma böyüdükcə, futbola maraq artıqca əlaçılıqdan düşmüşəm. Dəcəl birisi olmadığımdan müəllimlər məndən şikayətçi olmayıb. Ona görə də məktəbi bitirəndə hamı razılıq edib, xeyir-dua verib”.  
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30