18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Minifutbol

Şuşadan olan uşaqlar üçün futbol bayramı (FOTO)

Yeniyetmələrin və uşaqların, o cümlədən məcburi köçkün və qaçqın ailələrindən olan uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə “Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Futbolxeber.az-ın məlumatına görə, budəfəki tədbir Sabuçu rayonunun Ramana-450 qəsəbəsində məskunlaşan Şuşa rayonundan olan məcburi köçkün ailələrinin uşaqlarının təhsil aldığı Malıbəyli kənd 1 saylı tam orta məktəbdə təşkil edilib.
 
Tədbirdə millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Xankəndi şəhərindən seçilmiş deputat Flora Qasımova, YAP Şuşa rayon təşkilatının sədri, təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Malbəyli kənd 1 saylı tam orta məktəbin direktoru Günəş Hüseynova, Şuşa rayon Uşaq-Gənclər İdman məktəbinin direktoru Əbülqasım Novruzov və “Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsinin kordinatoru Kərim Ağayev iştirak edib.
 
Tədbirin sonunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən uşaqlara müxtəlif idman ləvazimatları hədiyyə olunub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30