29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

Maşallah Əhmədovun məhkəməsində qalmaqal: “Adam kişi olar”

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış veteran futbolçu Maşallah Əhmədovun barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Futbolxeber.az saytının “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Yusif Əzizov deyib ki, aqlay daşların bir qismi Maşallah Əhmədov tərəfindən "Sahil" MTK-ya verilib.

Y.Əzizovun vəkili deyib ki, 2 maşın daşın əvəzinə MTK M.Əhmədova 2 mənzil verib: "Bunu MTK-nın direktoru Kamil müəllim deyib".

Hakim qərar verib ki, "Sahil" MTK-nın Maşallah Əhmədovdan aldığı daşlarla üzləmə işi aparılan binalara baxış keçiriləcək: "Çünki hər iki tərəf qarşı tərəfin təqdim etdiyi daşları qəbul etmir. Baxış keçirib daşların rəngini və növünü müəyyən edəcəyik".

İclasda aqlay daşların hansı növdə və rəngdə olması mübahisə yaradıb. M.Əhmədov aqressiv çıxış edib: "Sən 10 min verib, 20 min istəyirsən. Adam kişi olar. Sən görəcəksən".

Bundan sonra hakim M.Əhmədova xəbərdarlıq edib və bildirib ki, növbəti dəfə prosesi pozarsa, o zaldan çıxarılacaq və məhkəm M.Əhmədovun iştirakı olmadan keçiriləcək.

Məhkəmə prosesi iyunun 2-də davam etdiriləcək. Həmin gün M.Əhmədovun və Y.Əzizovun iştirakı ilə "Sahil" MTK-da binaya baxış keçiriləcək.

Qeyd edək ki, ittihama görə, M.Əhmədov tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31