20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Minifutbol

“Kəpəz” legioneri: “Həyatımda 3 qadın var və onlar…”

“Kəpəz” klubunun saytının “Tam sərbəst” adlı rubrikasının növbəti qonağı Serjio Kosta olub. Futbolxeber.az-ın məlumatına görə, sözügedən rubrikanın ilk əcnəbi qonağı olan portuqaliyalı sualları cavablandırıb və futboldan kənar fikirlərini açıqlayıb: 
 
“Yaşamaq gözəldir”
 
“Dünyamız gözəldir. Həyatdan, Tanrının bizə bəxş etdiyi nemətlərdan ilham alan birisiyəm. Yaşamaq gözəldir, həyatımıza xoşbəxtlik qatan çox şey var. Həyatı düzgün dəyərləndirməli, əməlimiz ilə öyünməliyik. Yüksək mənəvi dəyərlərə qiymət verirəm, həmişə onlara sadiq qalmağa çalışıram. Düzdü, hərdən hər şey bizim istədiyimiz kimi getmir. Buna baxmayaraq, həyatımızı daha da gözəl etmək üçün hər günümüzü mükəmməl keçirməyə çalışmalıyıq. Mənim ilham mənbəyim həmişə valideynlərim olub. Onlar mənim yaxşı həyata malik olmağım üçün çox çalışıblar. Yaşayıb yaratmaq üçün düzgün istiqamətə yönəldiblər. Mənə və bacıma həm maddi, həm də mənəvi tərəfdən dəstək olmaq üçün çox şeyləri qurban veriblər. Ona görə də onlara baxanda qürur hissi keçirirəm və yaxşı həyat üçün mübarizə aparmaq gücünə sahib oluram”.
 
“Ah qadınlar, qadınlar”
 
“Hər bir güclü kişinin arxasında güclü qadın dayanır”. Bu, doğru məsəldir. Həyatımda 3 qadın var və onlar mənim üçün çox önəmli yer tuturlar. Söhbət anam, bacım və həyat yoldaşımdan gedir. Onların hər biri ayrı-ayrılıqda mənə görə çox dəyərli, qiymətlidirlər. Həyatımda necə vacib insan olduqlarını yaxşı bilirlər, bunu nəinki dəfələrlə onlara söyləmişəm, hərəkətlərimdə belə hiss etdirmişəm. Bu xanımlar mənim gücüm, dəstəyim və hər şeydə sağ əlimdirlər. Bir dəfə demişdim, yenə deyirəm - kişiləri qadınlarsız təsəvvür etmək belə çətindir (gülür). Bu, tək mənim sözüm deyil. Yəqin ki, hamı belə fikirləşir. İndi anam və bacımdan ayrı yaşasam da, həyat yoldaşım daim yanımdadır. Odur ki, o, yaxşı və pis anlarımda həmişə dayağım olub. Bu gün bu səviyyəyə də çatmağımda onun əməyi böyükdür. Bunu dana bilmərəm”.
 
“Musiqi ruhun qidasıdır”
 
“Musiqini çox sevirəm, bəlkə də musiqisiz insan həyatını təsəvvür etmək olmaz. Portuqaliya fadu deyilən musiqi janrının vətənidir. Bu, lirik və qəmgin notlar üzərində qurulan musiqilərdir. Dünyada çox tanınıb, ancaq bizim digər janrda musiqilərimiz də var. Sözün düzü, belə mahnıları dinləmirəm,  xoşum gəlmir (gülür). Həmişə musiqi alətlərindən pianino və gitaranı sevmişəm, ifa etməyə səy göstərmişəm. Ancaq heç vaxt onları öyrənməyə vaxtım olmayıb. Daha çox gitarada ifa etməyə cəhd etmişəm. Lakin nəticə yaxşı olmadığı üçün bir daha gitaranı əlimə almadım (gülümsəyir)”.
 
“Çox gəzən, çox bilər”
 
“İstirahət, əyləncə üçün çox səyahət etməmişəm, yalnız həyat yoldaşımla Dominikan Respublikasına istirahət üçün yollanmışam. Digər səyahətlər isə əsasən futbolla bağlı olub. Kolumbiya, Panama, Fransa və İspaniyada olmuşam. Ancaq ümid edirəm ki, gələcəkdə daha çox səyahət edəcəm və digər ölkələrlə də tanış olmaq imkanı qazanacağam. Mənim tətilim əsasən dostlarımın yaşadığı şəhərlərdə keçir. Bir qrup əla dostlarım var. Biz həmişə birlikdəyik və onlarla birgə bir çox maraqlı ekskursiyalar edirik. İstirahətdə futbol və kart oynayırıq, bir süfrə arxasında nahar edirik, bir qədəh şərab içirik, çimərliyə gedirik və üzürük. Hobbim yoxdur, həyatı necə istəyirəm elə də yaşayıram. Əlbəttə ki, hər ziyarət etdiyim ölkədən suvenir alıram ki, gələcəkdə övladlarıma nəsə göstərə bilim”.
 
“Azərbaycan – Odlar yurdu”
 
“Azərbaycandakı bu macəranı sevdim. Bu ölkə məni valeh etdi, əsasən də Bakı. Çoxlu tıxacların olmasına baxmayaraq, bu şəhər çox gözəldir. Bakının çoxlu görməli yerləri var. Ən sevdiyim yerlər isə bağlar və dənizkənarı parkdır. Orada gəzməyi çox xoşlayıram. Təəssüflər olsun ki, Gəncəyə yalnız oyundan oyuna gəldiyimiz üçün şəhər haqqında təsəvvürüm azdır. Gəncənin tarixi şəhər olduğu haqda az-çox eşitmişəm. Yeməklərə gəldikdə, düzünü desəm çox da Azərbaycanın milli təamlarından dadmamışam. Yalnız qonaqlıqlarda və ya bəzi matçlardan sonra yemişəm. Digər günlər isə evdə əsasən öz yeməklərimizdən bişirib yemişəm. Portuqaliya mədəniyyəti Azərbaycan mədəniyyətindən tamamilə fərqlidir. Bizim də Novruza müəyyən mənada bənzər adətimiz var, ancaq biz bunu başqa tərzdə keçiririk. Açığı deyim, Gəncədə gördüyüm Novruz bayramı çox maraqlı idi və həmişə bunu xatırlayacam”.
 
“Sirli dünya – Portuqaliya”
 
“Portuqaliya planetimizdə çox fərqli bir ölkə statusunu daşıyır və məncə, hamı üçün də maraqlı bir ölkədir. Portuqaliya çox sakit bir yerdir, burada  yaşayan insanlar əməksevərlərdir, zəhmətə alışqandırlar. Ölkəmizin çoxlu gözəl kurort şəhərləri və möhtəşəm çimərlikləri var. Şübhəsiz ki, Portuqaliya dünya futbolunda Eysebio və Fiqo kimi məhşur oyunçuları ilə tanınır, hazırda vətənimiz Kriştiano Ronaldoya görə daha çox məşhurdur. Ancaq əmin olun ki, tək bununla tanınmırıq. Digər ölkələr bizi həm də dadlı təamlarımıza görə də tanıyır. Portuqaliya zəngin mətbəx mədəniyyəti ilə çox məhşurdur. Bizim dinlə bağlı bayramlarımız da var”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30