20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

"İnter"in sabiq futbolçusu Uruqvayda dava saldı

Qalmaqalları və rəqiblərinə qarşı sərt oyunu ilə yadda qalan braziliyalı futbolçu Felipe Melo daha bir arzuolunmaz hadisə ilə gündəmə gəlib. Futbolxeber.az-ın məlumatına görə, hazırda “Palmeyras”da çıxış edən 33 yaşlı yarımmüdafiəçi Libertadores Kubokunun qrup mərhələsində baş tutan “Penyarol”a (Uruqvaylılar) qarşı  oyunda aranı qatıb. 
 
“Pitbull” ləqəbli oyunçu final fitindən sonra rəqib futbolçulara hücum çəkib. Komanda yoldaşları onu sakitləşdirməyə çalışsa da, Melo rəqibini yumruqla vurub və oradan qaçıb. O, təhlükəsizlik işçilərinin köməyi ilə soyunub-geyinmə otağına yollanıb. 
 
Mühafizəçilərin səylərinə baxmayaraq dava stadionun dəhlizində də davam edib. Mühafizəçilər “Palmyeras”ın soyunub-geyinmə otağının qapısının qırıblar. 
 
Davanın səbəbi də elə Melonun açıqlaması olub. O, oyundan əvvəl “qələbə üçün lazım gəlsə, rəqib futbolçuları döyərəm”deyib. Uruqvaylılar da bunun əvəzini Melodan çıxmağa çalışıb.
 
Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü vaxtilə “Fiorentina”, “Yuventus” (hər ikisi İtaliya) və “Qalatasaray” (Türkiyə) kimi məşhur klublarda çıxış edib. Onun son klubu Milan “İnter”i olub.
 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30