Minifutbol
Klublarımız futbolçuların oruc tutmasına qadağa qoyacaqmı?
İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada “on bir ayın sultanı” da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Bu gecə “leylət al-Qadr” – qüdrətli, əzəmətli gecə adlanır.
Orucluq ayı 29-30 gün davam edir və günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlar yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlara şamil olunmur. Bəs futbolçulara necə? Əslində onlar da sağlam insanlar kimi oruc tutmalıdılar. Lakin komandalarımızın bir hissəsinin Avrokuboklardakıoyunlara hazırlıqları, digərlərinin isə təlim-məşq toplanışlarında olması və başqa səbəblər onların oruc tutmasına mane ola bilərmi? Və ya klublarda oruc tutan futbolçulara qadağa qoyulubmu? Bu məqsədlə, bir neçə klubun nümayəndəsi ilə əlaqə saxladıq.
Vaqif Sadıxov (AZAL-ın baş məşqçisi): “Ramazan ayı müqəddəs aydı, oruc tutmaq, namaz qılmaq isə hər bir müsəlmanın borcudu. Ö cümlədən, mənim də. Ramazan ayında oruc tutacam. Futbolçularımıza gəlincə, demək olar ki, yarısı namaz qılan uşaqlardı. Legionerlər haqqında bir söz deyə bilmərəm. Amma əvvəl bizdə oynamız Zohair Benouahi əsl müsəlman kimi üzərinə düşən bütün öhdəlikləri yerinə yetirirdi. Ümumiyyətlə, bu işə bir qədər həssas yanaşmağa çalışıram. İndiyə kimi bu halla dəfələrlə qarşılaşmışam. Hətta, “Anji”də işləyərkən, orada futbolçulara və müsəlman legionerlərə oruc tutmaları üçün hər şarait yaradılırdı. AZAL-dada eynidi. Çalışıram ki, məşqləri ya səhər tezdən, ya da axşamüstü – iftara az qalmış təyin edim. Belədə oruc tutanlar üçün bir qədər rahat olur”.
Müşfiq Qəmbərov (“Rəvan”ın məşqçisi): “Komandada yerli futbolçuların əksəriyyəti namaz qılır, dinimizin tələblərini yerinə yetirirlər. Oruc tutmalarına heç bir qadağa qoyulmayıb. Əksinə, klub rəhbərliyi və məşqçilər korpusu futbolçuların oruc tutması üçün onlara lazım olan hər şəraiti yaratmağa hazırdı. İyulun 15-də Sloveniyaya təlim-məşq toplanışına gedəcəyik. Ola bilər ki, oruc tutanlar səfərlə bağlı oruclarını təxirə salarlar. İslamda da belə bir qayda var – səfərdə olanlar oruc tutmaya bilərlər. Amma bu, futbolçuların şəxsi işidi “.
Hüseyn Cəbrayıloğlu (“Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri): “Ramazan ayında “Xəzər Lənkəran”da oruc tutan xeyli adam var. Komandanin rəisi, masajcı, tərcüməci, inzibatcı və mən. Hamımız dini borcumuzu yerinə yetirməliyik. Futbolculara gəlincə isə, bilirəm ki, Elnur Abdullayev, Tounkara, Kamran Abdullazadə namaz qılır. Amma Ramazan ayında oyunlarımızın sıx qrafiki olduğu üçün futbolcuların hansı qərar verəcəyini bilmirəm. Hər halda məcburiyyət yoxdu. Amma oyun günləri yəqin ki, istisnalar olacaq”.
Səbuhi Məmmədov (“İnter”in KİV departamentinin rəhbəri): “Əvvəla, bütün xalqımızı müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbrik edirəm. Allah hamının orucunu qəbul eləsin. “İnter”ə gəlincə isə, komandada namaz qılan, oruc tutan futbolçular az deyil. Hətta legionerlərdən Brüs Abdulayenin müsəlman olduğu hamıya məlumdu. Futbolçular arasında oruc tutmaq istəyənlərə hörmətlə yanaşırıq, onlar üçün heç bir qadağa yoxdu. İstər klub rəhbərliyi, istərsə də baş məşqçi Kaxaber Sxadadze tərəfindən. Sxadadze özü dindar bir insandı. Oğlu ilə birlikdə xristian dininin bütün qayda-qanunlarına əməl edirlər. Hətta xristianların Pasxa bayramında bizim oruc tutmağa bənzər ayinləri də var. Doğrudu, su içir, yemək yeyirlər, amma qida rasionunda ət məhsulları olmur. Öz dininə hörmətlə yanaşan insanın müsəlman futbolçuların oruc tutmasına müsbət yanaşacağına və onlara müəyyən güzəştlər edəcəyinə əminəm”.
Rəşad Məmmədov (“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri): “Komandada xeyli sayda dindar uşaqlar var. Futbolçulara qarşı heç bir qadağa qoyulmayıb, əksinə klub rəhbərliyi tərəfindən onların orcu tutmaları üçün hər bir şərait yaradılıb. Ötən il Kayseridə təlim-məşq toplanışında olduğumuz vaxt Ramazan ayına təsadüf etmişdi. Komandanın baş məşqçisi əcnəbi olsa da, adət-ənənələrimizdən xəbərdar idi. Məşqləri uyğun vaxta təyin etmişdi. Səhər tezdən hava isinməmiş birinci məşq olurdu. Axşam məşqçi isə iftara yarım saat qalmış başa çatırdı. Bu il də belə olacaq. Komanda ayın 15-də Gürcüstana təlim-məşq toplanışına yollanacaq. İndidən məşq qrafikini müəyyən etmişik ki, oruc tutanlar üçün çətinlik yaranmasın. Səhər məşqləri 9-un yarısı başlayacaq. Axşam məşqləri isə saat 9-a təyin olunub. Yəni, rəhbərlik bü işlərə həssas yanaşır. Bundan başqa, hər il Ramazan bayramında “Sumqayıt” iftar süfrəsi təşkil edir. İftar süfrəsinə futbolçular, idman və şəhər ictimaiyyətinin nümayəndələri dəvət olunurlar. Təəssüf ki, ötən il Kayseridə olarkən iş şəraiti ilə bağlı oruc tuta bilmədim. Bütün günü ayaq üstə olmaq böyük enerji tələb edirdi. Əslində, bizim işimiz futbolçuların işindən qat-qat çətin idi. Bu il isə rəhbərlikdən Gürcüstandakı toplanışa getməmək üçün icazə istədim, sağ olsunlar etiraz etmədilər. Allah qoysa, rahat oruc tuta bilərəm”.
Gündüz Abbaszadə (“Neftçi”nin mətbuat katibi): “Komandada xeyli sayda dindar futbolçular var. Hətta klubun prezidenti Sadıq müəllim Hacıdı. Təbii ki, oruc tutanlar olacaq. Amma onlara bu barədə heç bir qadağadan söhbət gedə bilməz. Oruc tutmaq müqəddəs bir işdi və ona hamımız əməl etməliyik.
Ötən il Avroliqa oyunları ərəfəsində də oruc tutan futbolçularımız var idi. Allah günahımızdan keçər, rəsmi oyunlarda, əsasən də səfər qarşılaşmalarında futbolçuların oruc tutmamalarına pis baxmıram. Çünki, oyun ərəfəsində formalarında geriləyişlər ola bilər. Amma yenə də, bu, onların öz işidi.
Özümə gəlincə isə, dinimizdə birinci şərt namaz qılmaqdı. Təəssüf ki, hələ namaz qılmıram. Amma ötən illərdə oruc tutmuşam. Bu il də çox istərdim ki, yenə oruc tutum. Lakin, yaxınlarda əməliyyat olunduğumdan həkimlər qəti surətdə oruc tutmağıma qadağa qoyublar”.
Nurlan İbrahimov (“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri): “Ötən il də bu məsələ gündəmə gəlmişdi və futbolçuların oruc tutmaları üçün heç bir problem ortaya çıxmadı. Komandada xeyli sayda futbolçular var ki, İslam dininin qoyduğu qaydalara riayət edirlər. Baş məşqçimiz Qurban Qurbanovdun da namaz əhli olduğu hamıya məlumdu. Hətta Qurban müəllimin digər dinlərdən olan futbolçulara öz dini adət-ənənələrini yerinə yetirmək üçün hər cür şərait yaratdığını deyə bilərəm. Əlbəttə, ötən illərdə olduğu kimi bu il də oruc tutanlar çox olacaq. Klub rəhbərliyi tərəfindən onların rahat oruc tutmaları üçün hər bir şərait yaradılacaq. Oyun günləri isə futbolçuların oruc tutmaları özlərindən asılıdı. Yəni, hər hansı qadağa olmayacaq. “Qarabağ”da bütün dinlərə hörmətlə yanaşırlar. Komandada din azadlığı var. Özümə gəlincə isə, bir ay boyunca oruc tutmaq fikrindəyəm. Allah hamının orucunu qəbul eləsin!”
Sonda qeyd edək ki, gələn mövsüm Premyer Liqada çıxış edəcək digər 3 klubumuzun - “Bakı”, “Qəbələ” və “Simurq”un rəsmiləri də komandalarında futbolçuların oruc tutmaları ilə bağlı hər hansı maneələrin olmayacağını, onlara lazımi şərait yaradılacağını söylədi.
“Het-trik news”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- 19 illik rəqabətin növbəti hissəsi: “Turan Tovuz”un adı gənc futbolçularımız üçün motivasiyadır”
- Azər Bağırovdan qələbə şərhi
- “Neftçi”nin legioneri: “Bu, penaltidirsə, mən futbolla vidalaşaram”
- AFFA-dan hakimlərə xüsusi tapşırıq - ÖZƏL
- “Sabah”ın qolunu alqışlayan AFFA-nın vitse-prezidenti... - TƏƏSSÜRAT
- Azərbaycan millisinin qrupunda 12:0 hesabı
- Türkiyə mətbuatı: "Abubakarı əvvəl “Beşiktaş”a aparmışdı, indi “Neftçi”yə..."
- “Qurban olum, Qurban hocaya”
- Zidan hazırda ən çox bəyəndiyi 3 futbolçunun adını açıqladı
- Osihmen “Neftçi”nin futbolçusunun arzusunu puç etdi
- Bakı Olimpiya Stadionunun son durumu - “Qarabağ” burada necə oynasın?
- “Neftçi” transfer bombasını partladır: Abubakar bu gün gəlir!
- İmad Faraj: “Hakimlər hər tur “Neftçi”ni “öldürürlər”
- Pərviz Qaraxanov: “Çempionluq yolunda qələbə bizim üçün vacib idi”
- Bəhlul Mustafazadə: “Oyunun ən yaxşısı seçilsə də, boynuna nəsə qoymaq olmur, əli bərkdir”
-
22:55
DÇ: Qadın güləşçimizdən bürünc medal
-
22:04
"Neftçi" Qəbələdə oyunöncəsi məşqə çıxdı FOTOLENT
-
21:38
“Zirə” - “Sumqayıt” matçında tək qolla VİDEO
-
21:16
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
-
20:42
“İkinci hissədə biz daha üstün idik”
-
20:20
“Araz Naxçıvan”dan əzmkar heç-heçə, “Zirə”dən qələbə
-
19:37
"Araz-Naxçıvan"ın heç-heçəsi VİDEO
-
19:11
Elmar Baxşıyev: “Hakimlər bizə bir az fərqli yanaşırlar”
-
16:53
"Avrokuboklar rekorduma təəccübləndim”
-
14:39
“Millimizin Avropa çempionatında gümüş medal qazanması mütləq uğurdur”
-
12:04
Renat oynadı, “Motor” 3 qolla qalib gəldi
-
11:49
Cəlal ehtiyatda qaldı, komandasından heç-heçə
-
11:25
Filip Ozobiç: “Biz asan qələbə gözləmirdik”
-
10:52
"Lids" - "Vest Hem" matçında 3 qol VİDEO
-
10:37
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:21
"Real Sosyedad" "Sevilya"ya qalib gəldi VİDEO
-
10:06
Beş boksçumuz Avropa çempionatında finala vəsiqə qazanıb
-
09:48
"Milan"dan gözlənilməz xal itkisi VİDEO
-
18:57
"Turan Tovuz"dan qələbə, "Kəpəz" uduzdu
-
18:22
“Turan Tovuz”dan əzmkar qələbə VİDEO
-
18:11
Əyyub Allaş fərdi məşqlərə başlayıb
-
17:45
Azər Həşimov: “Məğlubiyyətə layiq deyildik”
-
17:00
Kurban Berdıyevdən qələbə şərhi
-
16:36
Uels Azərbaycan millisinə 7 qol vurdu
-
16:14
Abubakarın "Neftçi"dəki ilk məşqi VİDEO
-
15:48
Azərbaycanın paralimpiya çempionu dünya reytinqində liderliyini qoruyur
-
14:27
Azərbaycan klubu legioneri ilə yollarını ayırıb
-
13:53
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının tarixi dəyişdirilib
-
13:19
Benitesin yeni iş yeri bilindi
-
12:31
Cəbəllütariq klubundan tarixi qələbə
-
11:46
Futzal millimizin İslamiadadakı rəqibləri müəyyənləşib
-
11:24
Sloveniya UEFA reytinqində Azərbaycana yaxınlaşır
-
10:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Yeniyetmə güləşçilərimiz Estoniyada 7 medal qazanıblar
-
10:17
Avropa çempionatı: İki boksçumuz finalda, biri yarımfinalda
-
09:43
"Fənərbaxça" "Ştutqart"a belə qalib gəldi VİDEO
-
18:21
Hamşikin oğlu Danimarka klubunda
-
17:33
Region birinciliyinin qalibləri müəyyənləşib
-
17:19
ATF-nin icraçı vitse-prezidenti Baş Assambleyada iştirak edib
-
16:57
“Səbail” qələbəni əldən verdi
-
16:04
“Şamaxı”dan ayrılan legioner ikinci liqa klubunda
-
15:26
PFL ayın ən yaxşı qolunun müəllifini mükafatlandırdı
-
14:45
İslamiadada Azərbaycanı təmsil edəcək cüdoçular açıqlanıb
-
14:32
Azərbaycanın FIFA referisi beynəlxalq təyinat alıb
-
14:18
“Sumqayıt” ötən ay heyətinə qatdığı oyunçu ilə vidalaşdı
-
13:53
Daha 3 boksçumuz Avropa çempionatının yarımfinalında
-
13:21
Navarro: "Qarabağ"la oyunda əziyyət çəkdik"
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:47
19 illik rəqabətin növbəti hissəsi: “Turan Tovuz”un adı gənc futbolçularımız üçün motivasiyadır”
-
12:14
“Qarabağ”ın futbolçusu avrokubokların tarixinə düşdü
25.10.2025
24.10.2025
23.10.2025























