13 Avqust 2026, Cümə axşamı
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Minifutbol

ŞOK: Hakim “Əsəblərim korlandı” deyib, oyunu təxirə saldı

Türkiyə futbolunda daha bir maraqlı hadisə baş verib. 
 
Futbolxeber.az-ın məlumatına görə, olay həvəskarlar liqası çərçivəsindəki "Niksar Bələdiyəspor"la "Erba Güreş İhtisasspor" komandaları arasında keçirilən matçda yaşanıb. 
 
Oyunun 35-ci dəqiqəsində "Niksar Bələdiyəspor"lu futbolçu Fıratcan Koçboğa ona qarşı kobudluq olduğunu iddia edərək baş hakim Hasan Eraslana etirazını bildirib. Referi isə etirazlarına görə ona sarı vərəqə göstərib. Lakin həmin oyunçu etirazlarını davam etdirincə ikinci sarı vərəqə, sonra isə qırmızı vərəqə alaraq meydançanı tərk etməsi tələb olunub. Həmin vaxt hücum qurmaqda olan rəqib futbolçular isə oyunu dayandırdığı üçün hakimə narazılıqlarını bildiriblər. 
 
Hər iki komanda üzvləri etirazlarını davam etdirincə baş hakim “Əsəblərim korlandı, bu şəkildə oyun idarə edə bilmərəm” deyərək matçı təxirə salıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31