19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Minifutbol

"Maşallah Əhmədova görə oğlumu həbs etdilər"

Dələduzluqda təqsirli bilinən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə davam edib. Futbolxeber.az saytının lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə şahid Salyan Hüseynov ifadə verib. O, M.Əhmədovun onu aldatdığını bildirib:

"Onu 20 il ildir ki, tanıyıram. Oğlumun banka borcu var idi. Maşallahın yanına gedib, kömək istədim. O da mənə məsələni həll edəcəyini bildirdi. Banka gedib 12 min dollar kredit götürdük. Maşallah mənə pulun onda qalmasını istədi. Oğlum Sərxan da onun yanında qaldı. Sonra Maşallah itdi. Bankdan zəng gəldi ki, krediti ödəmək lazımdır. Maşallah məni aldatdı. Oğlumu kreditə görə həbs etdilər. Maşallah mənə əvvəl 4800 manat, daha sonra 1500 manat verdi. Daş satıb həmin pulları versə də, hazırda onun mənə 3000 manat borcu var".

M.Əhmədov isə şahidin ifadəsinə etiraz edib: "5 min 83 manat ona pul ödədim. Daşları da onlar satdı".

Digər şahid Taryel Məmmədov da dindirilib. O bildirib ki, daşlar əvvəl onun çalışdığı sexə yığılıb: "Maşallah, Yusif müəllim, Fəqan və digər bir nəfər sexə gəldilər. Daşlar sexdə yığılmışdı. Daha sonra Fəqan bir maşın daşı apardı. Maşallah da daşları aparanda Yusif müəllimə xəbər elədim. O da dedi ki, bundan xəbərim var. Onlar daşları aparanda Yusif müəllim orada yox idi. Mənə də 200 manat pul verdilər".

Məhkəmə noyabrın 15-də davam edəcək.

Qeyd edək ki, Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərdən 150 min manatdan artıq pul alaraq xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib, həmin şəxslərin də pulunu qaytarmayıb. Binəqədi Rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərara qəbul edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30